Şengen zonası

Qarşılıqlı sərhəd nəzarəti olmayan 29 Avropa dövlətinin ərazisi From Wikipedia, the free encyclopedia

Şengen zonası
Remove ads

Şengen zonası (ing. Schengen Area; fr. Espace Schengen) — Lüksemburqun Şengen kəndində 1985-ci ildə imzalanmış müqaviləyə əsasən 29 Avropa dövlətində daxili vizasız hərəkəti təmin edən şərti ərazi. Şengen zonası daxilində hərəkət edənlər üçün sərhəd yoxlanışı tələb olunmur və səyahətçilər vahid ölkə prinsipi ilə hərəkət edərək 29 Avropa ölkəsinə sərbəst şəkildə hərəkət edə bilirlər.

Cəld faktlar Daxildir, Növü ...

I Şengen müqaviləsi 1985-ci ilin 14 iyun tarixində beş Avropa ölkəsi arasında imzalanmışdır. Müqaviləni Fransa, Qərbi Almaniya ilə yanaşı Benilüks ölkələri olan Belçika, HollandiyaLuksemburq imzalanmışdır. 1990-cı ilin 19 iyun tarixində Şengen Müqaviləsinin Tətbiq Konvensiyasının imzalanması ilə razılaşma qüvvəyə minmişdir. Müqavilə Lüksemburq, FransaAlmaniyanın sərhədlərinin kəsişdiyi yer olan Lüksemburqun Şengen şəhərində imzalandığına görə həmin şəhərin adına adlandırılmışdır.

İkinci müqavilə isə Mos çayının ortasındakı Kraliça Mari-Astrid adlı gəmidə imzalanmışdır. Müqavilənin qüvvəyə minməsi 1995-ci ilin 26 mart tarixinə qədər uzanmış və bu müddət ərzində Portuqaliyaİspaniya da Şengen zonasına qoşulmuşdur. Monako, Norveçİslandiya Avropa İttifaqının üzvü olmamaqlarına baxmayaraq Şengen zonasına daxil edilmişdir. Eyni zamanda İsveçrə 2008-ci ilin dekabr ayında Şengen müqaviləsi sahəsinə qəbul edilmişdir.

Lixtenşteynin Şengen zonasına daxil olması bir neçə dəfə təxirə salınmışdır. Ölkə 2008-ci ilin 28 fevral tarixində Avropa İttifaqı ilə Şengen razılığı əldə etmiş və 2009-cu ilin 1 noyabr tarixində Şengen zonasına daxil olması razılaşdırılmışdır. Lixtenşteynin daxili vergi nizamlanmasında problemlərinin olduğunu əsas gətirərək Almaniyaİsveç ölkənin şengen zonasına daxil olması tələbini müvəqqəti dondurmuşdur. 2011-ci ilin 7 mart tarixində Avropa İttifaqı Nazirlər Şurasının qərarı ilə Lixtenşteynin Şengen zonasına daxil olması yolu açılmışdır. 2011-ci ilin 19 dekabr tarixində ölkə rəsmən Şengen zonasının üzvü seçilmişdir.

Şengen müqaviləsi əsasında yaradılan Şengen zonası hal-hazırda 29 Avropa ölkəsində qüvvədədir və təqribən 4.595.131 kvadrat kilometr ərazini əhatə edir.

Remove ads

Şengen ölkələri

Əlavə məlumat Ölkə, Ərazi (km²) ...
Əlavə məlumat Ölkə, Ərazi ...
Remove ads

Qeydlər

  1. For air and sea borders, date for land is to be determined
  2. For land and sea borders, 26 March 2023 for airports

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads