2001 Nyu-York marafonu

From Wikipedia, the free encyclopedia

Remove ads

2001-ci il Nyu-York marafonu (ing. 2001 New York City Marathon) — bazar günü, noyabrın 3-də ABŞ-ın Nyu-York şəhərində sayca 32-ci dəfə keçirilən illik marafon yarışı. Kişilərin elit yarışında efiopiyalı Tesfaye Cifar 2:07:43, qadınların yarışında isə 2:24:21 nəticə ilə keniyalı Marqaret Okayo qalib gəldi. Hər iki nəticə turnir üçün rekord nəticələr oldu. Tesfaye Cifar Nyu-Yorkda qalib gələn ilk efiopiyalı, Okayo isə qadınlar arasında qalib gələn ikinci keniyalı (Teqla Lorupedən sonra) oldu.[1]

Cəld faktlar 32-ci Nyu-York marafonu, Yer ...

Əlil arabası yarışlarında kişilər arasında amerikalı Saul Mendoza (1:39:25) və qadınlar arasında italiyalı Françeska Porçellato (2:11:57) qalib gəldilər. Əl velosipedi yarışında israilli Ziv Bar-Şira (1:27:49) və amerikalı Helene Hayns (1:46:22) qalib oldular.

Yarışı 16,810 kişi və 6,838 qadın olmaqla 23,648 idmançı başa vurdu.[2]

Yarış 11 sentyabr terror aktlarından sonra keçirildi, buna görə də yarışın istiqamət nöqtələri dəyişdirildi, bundan başqa kütləvi iştirak əvvəlki illərlə müqayisədə xeyli azalmışdı. Təhlükəsizliyi təmin etmək üçün 2,800-ə yaxın polis əməkdaşı iş başında idi, yarış yolları üstündə uçuş qadağası zonası yaradılmış və yarış iştirakçılarına yol boyu dayanan tamaşaçılardan su qəbul etməmək tövsiyəsi verilmişdir. Yarışın şüarı "Biz Birləşik Qaçırıq" (ing. United We Run) elan olunmuşdur və şəhərin meri Rudolf Culianiyə adətən kişilər arasında son çempion üçün nəzərdə tutulan 1 nömrəli önlük verilmişdir.[3]

Remove ads

Nəticələr

Kişilər arasında

Əlavə məlumat Yer, Atlet ...

Qadınlar arasında

Əlavə məlumat Yer, Atlet ...
Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads