Advanced Packaging Tool
From Wikipedia, the free encyclopedia
Remove ads
apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır.
Remove ads
Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir.
apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-end və Synaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir).
GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır.
Remove ads
İmkanlar
Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir. apt üçün bir neçə qrafik qabıq mövcuddur:
- Adept package manager əvvəllər Kubuntu distributivinə daxil idi (hal-hazırda KPackageKit ilə əvəz edilib)
- Aptitude — mətn və əmr rejimlərində
- Synaptic — GTK+ əsasında hazırlanmış sadə və güclü qrafik menecer
- KPackage — KDE iş masası üçün komponent
Maraqlı faktlar
apt-get
boş əmrini yığdıqda istifadəçi əmr haqda kiçik yardım faylı görür və sonda bu yazı yaranır: "This APT has Super Cow Powers".
0.6.3 versiyası üçün moo əmri verdikdə belə bir yazı meydana gəlir: "There are no Easter Eggs in this program". Həmçinin aptitude --help
kodunun sonunda bu cür cümlə var: "This aptitude does not have Super Cow Powers".
Həmçinin bax
İstinad
Mənbələr
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads