Dpkg

From Wikipedia, the free encyclopedia

Dpkg
Remove ads

dpkgDebian əməliyyat sistemində paketlərlə idarəetmə sisteminin proqram təminatıdır. dpkg proqramı .deb paketlərini yazmaq və silmək üçün istifadə edilir.

Cəld faktlar Tipi, Müəllif ...

dpkg olduqca aşağı mərhələli utilitdir. APT kimi yüksək mərhələli utilitlər də mövcuddur ki, onlar şəbəkə repozitorluğundan paketləri endirməyə və izləməyə imkan verir. Son istifadəçilər üçün daha rahat və qrafik interfeysə malik utilitlər – Aptitude və ya Synaptic daha uyğundur. Bu proqramlar paketlər siyahısına baxmaq, onların elementlərinə göz gəzdirmək üçün idealdır.

Remove ads

Tarixi

dpkg ilkin olaraq Met Uelş, Karl Striter və Yan Mördok tərəfindən yaradılmışdır. Yaradıcıların üç nəfər olmasına baxmayaraq proqramın ideya müəllifi və əsas inkişafçısı Yan Mördok olmuşdur. İlkin olaraq dpkg Perl proqramlaşdırma dilində yazılmışdır. Ancaq bir müddət sonra Yan Mördok tərəfindən 1993-cü ildə C proqramlaşdırma dilinə yenidən yazılmışdır. "dpkg" adı "Debian package" sözünün qısaldılmasıdır.

Remove ads

İstifadə nümunələri

.deb paketi yazmaq üçün:

dpkg -i deb_paketi

deb_paketi hissəsi — paket faylının adıdır (fayl .deb formatındadır). dpkg-də işləmək üçün onu mütləq "root" kimi buraxmaq lazımdır.

Yazılmış paketlərin siyahısını çıxarmaq üçün:

dpkg -l [mask]

Yazılmış paketi silmək üçün:

dpkg -r paket_adı

Yaradıcıların alətləri

dpkg-dev paketi paket yaratmaq üçün bir neçə alətə malikdir:

  • dpkg-source — Debian paketinin mənbə fayllarını arxivləşdirir və arxivdən çıxarır.
  • dpkg-deb — ikili paketləri arxivləşdirir və arxivdən çıxarır.
  • dpkg-gencontrol — arxivdən çıxarılmış Debian paketindən məlumatı oxuyur.
  • dpkg-shlibdeps — paket asılılığını izləyir.
  • dpkg-genchanges — arxivdən çıxarılmış Debian paketindən məlumatı oxuyur.(.changes üçün).
  • dpkg-buildpackage — avtomatik paket yaradılması üçün istifadə olunan idarə skripti.
  • dpkg-distaddfile — Debian faylına fayl əlavə edir.
  • dpkg-parsechangelog — dəyişdirilmiş Debian paketinin fayl məlumatını oxuyur.

Həmçinin bax

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads