Angilya
Böyük Britaniyanın Karib dənizində mülkü From Wikipedia, the free encyclopedia
Remove ads
Angilya, Anquilla (Anguilla) – Böyük Britaniyanın Karib dənizində mülkü.
Remove ads
Ümumi məlumat
Kiçik Antil adaları arxipelaqının şimal qurtaracağında, Küləktutan adalar qrupunda yerləşən Angilya adasını (sah. 91 km²) və əhalisi olmayan kiçik adalar qrupunu (Skrab, Doq, Sombrero, Prikli-Pir-Keys, Sil və s.) əhatə edir. İnzibati mərkəzi Valli şəhəridir. Rəsmi dili ingilis dili, pul vahidi şərqi Karib dollarıdır. Əhəngdaşlardan təşkil olunmuş adalar mərcan rifləri ilə əhatələnmişdir. Angilya adasının xırda təpəlikli səthi nisbətən hamardır, ən yüksək nöqtəsi 65 m-dir (Krokus-Hill d.). İqlimi tropik passatdır. Havanın orta aylıq temperaturu 18 24 °C, illik yağıntının miqdarı 700–1200 mm-dir. Yağış suyundan içmək üçün istifadə olunur. Bitkisi seyrək, törəmə savanna tipli alçaq kolluqlardır. Sahil zonasında hindqozu palması və üzüm yetişdirilir. Çoxsaylı şor göllərdə 80 növdən çox su quşları var. İqtisadiyyatının əsasını (ÜDM-un 78%-i) xarici turistlərə xidmət sahəsi təşkil edir. Duz hasil olunur, balıq ovlanır, tərəvəz becərilir; qoyun, keçi, donuz saxlanılır. Dəmiryolları yoxdur. Avtomobil yollarının uzunluğu 105 km-dir. Dəniz portu (Blouinq-Poynt) və Vallidə kiçik beynəlxalq aeroport (Uollbleyk) var.[1]
Remove ads
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads