BMP-1

From Wikipedia, the free encyclopedia

BMP-1
Remove ads

BMP-1 (rus: Боевая Машина Пехоты 1; БМП-1) Sovet istehsalı piyadanın döyüş maşınıdır. Bu texnika SSRİ-nin ilk dəfə geniş şəkildə istehsal olunmuş piyadanın döyüş maşınıdır. NATO tərəfindən M-1967, BMP və BMP-76B də adlandırılır.

Cəld faktlar Tipi, Ölkə ...

BMP-1 ilk dəfə 1973-cü ildə Yom Kippur müharibəsi zamanı sınaqdan çıxmışdır. Həmin müharibə zamanı bu texnika MisirSuriya tərəfindən istifadə edilmişdir. Bu müharibədən və Əfqanıstan müharibəsinin səhvlərindən nəticə çıxarılaraq daha inkişaf etdirilmiş döyüş keyfiyyətləri olan BMP-2 hazırlanır və 1980-ci ilin avqust ayında xidmətə qəbul olunur.

1987-ci ildə isə tamamilə dəyişdirilmiş dizayna və yeni silah sisteminə malik BMP-3 Sovet Ordusunda silahlanmaya qəbul olunur.

Remove ads

Qoruma

BMP-1 ön tərəfdən 12,7 mm pulemyot atəşindən demək olar ki, tamamilə qorunur, digər hissələrin zirehi isə yalnız 7,62 mm-lik pulemyot mərmilərindən qoruyur. BMP-1 zireh qorunmasının həm güclü, həm də zəif cəhətləri mövcuddur: əsas silah olan topun yuvasında maksimum zireh qalınlığı 33 mm-dir, bu isə tank və zenit silahlarından demək olar ki, qorumanı təmin etmir.

Təyyarə topları və 12,7 mm pulemyot silahları 1 km məsafədən 6 mm qalınlığında olan BMP korpusunun damına nüfuz edə bilir. Digər tərəfdən isə daha əvvəllər güclü mühərriklə 13 tonluq yüngül çəki ilə istənilən ərazidə BMP-1 maşınlarına yüksək hərəkətlilik qabiliyyəti verirdi ki, bu da ona düşmən atəşindən qismən yayınmağa və zireh zəifliyini müəyyən qədər kompensasiya etməyə imkan verir. Müasir ümumqoşun döyüşündə isə bunlar artıq istisnadır və BMP-1 maşınının sağ qalma ehtimalı çox aşağıdır.

Remove ads

Hərəkətlilik

BMP-1 yaxşı hərəkətlilik və manevr qabiliyyətinə malikdir. Mühərrikin gücü 300 a/g, kütləsi 13 ton, hər ton kütləyə görə xüsusi kütləsi 23 a/g, maksimum sürəti irəliyə 65 km/saat, geriyə isə 10 km/saatdır.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads