BMP-3

From Wikipedia, the free encyclopedia

BMP-3
Remove ads

BMP-3 — Piyadanın Döyüş Maşını (PDM-3) (BMP-3).

Cəld faktlar Tipi, Ölkə ...
Thumb
BMP-3

Piyadanın döyüş maşını piyada və motoatıcı hissələri atəş dəstəyi ilə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulmuşdur. Başqa qoşun növləri üçün də modernizə edilmiş nümunələri olan bu maşın "Kurqanmaşzavod" istehsalat birliyində istehsal olunmuşdur. Silah kompleksi "KBP" (Tula) tərəfindən işlənilmişdir. Maşın şəxsi heyəti çevrəvari olaraq qəlpə və atıcılıq silahından, üz hissəsi isə 30 mm-lik mərmilərdən qoruyur, bundan əlavə maşının tüstü pərdəsi qoyma (Tuca) imkanı da vardır.

Remove ads

Ölçülər

Uzunluğu: 6.7 m

Lülə daxil olmaqla: 7.2 m

Lülənin uzunluğu: 3.9 m

Eni: 3.3 m

Hündürlüyü: 2.3 m

Klirens: 0.45 m

Müdafiə

Zireh: 60 mm alüminium ərintisi + polad

Aktiv müdafiə sistemi: "Arena"

Müdafiə sistemləri: "TŞU-2" və "Ştora-1"

Dinamik zireh: "D3"

81 mm ZD-6M sis bombaları

Performans

Zəminə təzyiq: 0,60 kq/sm ²

Dalış dərinliyi: üzən

Xəndək keçmə: 2.2 m

Maneə keçmə: 0.8 m

Qalxma bucağı: 30º

Motor: UTD-32 dizel

Güc: 660 at gücü

Sürət: Şossedə: 72 km/s (Şossedə);10 km/s (Suda).

Döyüş radiusu: 600 km

Asqı tipi: burulma bar

Silahlanma

Thumb
Azərbaycan Silahlı Qüvvələrinə məxsus BMP-3. (2013-cü ildə təşkil edilən hərbi parad zamanı)
  • 2A70 tipli 100 mm-lik reaktiv top qurğusu;
  • 2A70 topuna bərkidilmiş 30 mm-lik 2A72 avtomatik top qurğusu;
  • 7,62 mm-lik PKT pulemyotu;
  • 2 əd 7.62 mm-lik, kurs üzrə PKT pulemyotu.

1 ədəd 100 mm-lik "2A70" yivli reaktiv top qurğusu

Kalibr: 100 mm

Lülənin qalxma bucağı: −6º +60º

Üfüqi tuşlama bucağı: 360º

Məhvetmə radiusu: 160 – 600 m²

Mərmi ağırlığı: 15.8 – 21.5 kq

Mərminin başlanğıc sürəti: 250 – 355 metr/saniyə

Atış tezliyi: 10 atış/dəqiqədə

Atəş məsafəsi: 4 km

Maksimal atəş məsafəsi: 7 km

Mərmi sayı: 40 ədəd (qəlpəli-fuqaslı mərmi)

1 ədəd 30 mm-lik "2A72" avtomatik top qurğusu

Kalibr: 30 mm

Mərmi: 30×165 mm

Atış tezliyi: 330 atış/dəqiqədə

Mərminin başlanğıc sürəti: 1120 metr/saniyə

Atəş məsafəsi: 2.6 km (Texnikalara qarşı); 2 km (Hava hədəflərinə qarşı); 4 km (Maksimal atəş məsafəsi)

Mərmi sayı: 750 ədəd

– 7.62 mm "PKT" pulemyotu

Kalibr: 7.62 mm

Mərmi: 7,62×54mm R

Atış tezliyi: 750 atış/dəqiqədə

Güllənin başlanğıc sürəti: 855 metr/saniyə

Atəş məsafəsi: 1.5 km

Maksimal atəş məsafəsi: 4 km

Mərmi sayı: 6000 ədəd

8 ədəd 100 mm-lik 9M117M1 "Kastet" tank əleyhinə idarə olunan raket

Kalibr: 100 mm

Diametr: 53 mm

Hədəfə çatma müddəti: 13 saniyə

İdarəetmə sistemi: lazer izləməli

Döyüş hissəsi: kumulyativ

Raketin başlanğıc sürəti: 500 metr/saniyə

Zireh qalınlığı: 600 – 800 mm

Atəş məsafəsi: 6 km

Maksimal atəş məsafəsi: 8 km

Raket sayı: 8 ədəd

2 ədəd 7.62 mm-lik "PKT" pulemyotu kurs üzrə

Remove ads

Desant üçün silahlanma

  • 1 ədəd RPQ-7 (RPQ-16) qumbaraatanı
  • 5 ədəd reaktiv RPQ-18(RPQ-22) qumbarası,
  • 2 ədəd 9K38 İqla daşınan zenit-raket kompleksi
  • Bundan əlavə 100 mm-lik 2A70 top qurğusundan kumulyativ və qəlpələnən mərmilərdən başqa 9M117 Bastion TƏİR-dən də atəş açmaq mümkündür.

İstifadəçiləri

Cari istifadəçilər

  • Azərbaycan Azərbaycan — 118 ədəd BMP-3M.[1]
  • Kipr Kipr — 43 ədəd. 1995–1996-cı illərdə çatdırılıb.[2]
  • Hindistan Hindistan — 17 ədəd BMP-3F 2010-cu ildə çatdırılıb. Digər 37 ədəd BMP-3F isə 2014-cü ildə.[3]
  • Küveyt Küveyt — 118 ədəd 1995–96-cı illərdə çatdırılıb.[4] Yeni müqavilə isə 2013-cü ildə imzalanmışdır.[5]
  • Rusiya Rusiya — 720. Müdafiə Nazirliyi daha 200 ədəd üçün sifariş verib.[6][7]
  • Cənubi Koreya Cənubi Koreya — 33 ədəd 1997-ci ildə çatdırılıb (Rusiya borcunun silinməsi üçün verib), başqa 37 ədəd isə 2005-ci ildə təhvil verilib, lakin, hazırda Rusiya onları geri qaytarıb.[8]
  • Liviya Liviya: 14 ədəd 9P157–2 tank əleyhinə zirehli maşın.[9][10]
  • Ukrayna Ukrayna — 4 ədəd ehtiyatda saxlanılır.[11]
  • Birləşmiş Ərəb Əmirlikləri BƏƏ — 250 ədəd Əbu-Dabi, 402 ədəd Dubay əmirliyinə təhvil verilib. Bu ölkəyə çatdırılan BMP-lər "Namut" termal kamera sistemi, "Kaktus" modular zirehi, UTD-32 mühərriki ilə təchiz olunmuşdur.[12]
  • Türkmənistan Türkmənistan- 4.[13]
  • Venesuela Venesuela — 130 ədəd BMP-3M, 10 ədəd BREM-L və bir neçə BMP-K.[14]
  • Mərakeş Mərakeş — 60 ədəd BMP-3.[15]

Potensial alıcılar

Uğursuz təkliflər

  • Yunanıstan Yunanıstan — Rusiya ilə imzalanan €1.7 milyard müqavilənin bir hissəsi olaraq 450 ədəd sifariş verilib, lakin müqavilə 2011-ci ildə ləğv edilib.[17]
  • Hindistan Hindistan — 2012-ci ildə Hindistanla arasında Rusiya BMP-3-ün Hindistanda istehsalı üçün texnologiya transferi məqsədilə 10 milyard dollarlıq müqavilə hazırlanmış, lakin, 2013-cü ildə Hindistan bundan imtina etmişdir.[18]
Remove ads

Həmçinin bax

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads