Bruney

Asiyada dövlət From Wikipedia, the free encyclopedia

Bruney
Remove ads

Bruney ya da rəsmi adıyla Bruney Darussalam Dövləti (Malay: Negara Brunei Darussalamİngilis: Country of Brunei Darussalam) — Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min km². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyinə daxildir. Ölkənin gəlir mənbələrinin əsasını təbii qazneft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır. Dünyanın ən varlı insanları arasında adı çəkilən Bruney Sultanı Həssənal Bolkiahdır.

Cəld faktlar Tarixi, • Müstəqillik elan olunub ...
Thumb
Bruney
Thumb
Sultan Ömər Əli Səyfəddin məscidi, Bandar Seri Begavan, Bruney, 2007.
Remove ads

Coğrafiya

Bruney Kalimantan adasında yerləşir. Ekvatorial iqlimi olan Bruneyda yağıntıların illik miqdarı 2000-2700 mm-dən çoxdur, il ərzində temperatur az tərəddüd edir, 24°-31°C arasında dəyişir.

Əhalisi

Əhali - 426 444 (iyul 2015 təxmini ) İllik artım - 1,73% Orta ömür həddi - kişilərdə 74 yaş, qadınlarda 78 yaş.

Etnik qruplar: Malaylar (66%), qohum etnik qruplar - kelayanlar, ibanlar, melanau, dusunlar, murutlar, dayaklar və s. - 8%,həmçinin çinlər (11%), avropalılar, hindlilər və b.

Rəsmi dil - Malay, danışıq dili kimi ingilisÇin dilləri.

Təhsil almış əhali - 95% kişi, 90% qadınlar (2001 siyahıyaalma).

Şəhər əhalisi - 75%. Əhalinin sıxlığı - 62 nəfər/km². Bruney əhalisi qeyri-bərabər məskunlaşıb: əhalinin 1/3 paytaxtda yaşayır, qalan əhalinin böyük əksəriyyəti neft yataqlarının yerləşdiyi ərazidə cəmləşib.

Remove ads

Din

Rəsmi din - İslamdır - əhalinin 67%-i, 13% - Buddist, 10% - xristianlar (əsasən protestantkatolik), 10% - digər dinlər (əsasən yerli inanclar).

1980-ci illərdən sonra ölkədə Melayu İslam Beraja ("Malay İslam monarxiyası") konsepsiyası fəaliyyət göstərirdi ki, bununla bütün dinlərə hörmət və bərabər hüquqlar təmin edilirdi, lakin İslam əsas din sayılırdı. 2013-cü ildə Bruney Sultanı Hassanal Bolkiah qəbul etdiyi Şəriət cinayət ədliyyə sistemi ilə əlaqədar olaraq

Silahlı qüvvələri

Bruney kral silahlı qüvvələri ibarətdir:

Quru qoşunları - üç piyada batalyonu və bir ehtiyat batalyonu.

Hərbi hava qüvvələri - üç vertolyot eskadra, 1 eskadra(dəstə) nəqliyyat təyyarəsi, Hava Hücumundan müdafiə bölüyü, texniki və köməkçi bölüklər.

Hərbi dəniz qüvvələri - 3 raket qayığı, 3 patrul kateri, 2 amfibiya, 2 desant kateri, 17 kiçik çay qayığı.

Bundan başqa, Britaniya ordusunun veteranlarından ibarət ehtiyat qurklar bölüyü var. Sultanı və neft obyektlərini mühafizə etmək vəzifəsini yerinə yetirirlər. Onlar Bruney Daxili İşlər Nazirliyinin tabeliyindədirlər.

Remove ads

İstinadlar

Mənbə

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads