Cared Leto

ABŞ aktyoru və musiqiçisi From Wikipedia, the free encyclopedia

Cared Leto
Remove ads

Cared Leto (ing. Jared Joseph Leto; 26 dekabr 1971[2][3][…], Bossier Siti[d], Luiziana) – aktyor, vokalist.

Cəld faktlar Ümumi məlumatlar, Doğum adı ...
Remove ads

Həyatı

Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır. Bir müddət sonar o, Nyu-Yorkdakı Təsviri İncəsənət Universitetinə keçirilir. Hələ tələbə ikən Leto ssenari yazır və "Crying Joy" adlanan öz filmində baş rollardan birini ifa edir. 1992-ci ildə Cared aktyor olmaq məqsədilə Nyu-Yorkdan Los-Ancelesə köçür. 1996–1997-ci illərdə o, "People" jurnalının rəyinə görə "Dünyanın 50 ən gözəl insanı" siyahısına düşür. 2000-ci ildə "Amerika dəlisi" və "Arzu rekviyemi" psixoloji trillerləri ekrana çıxır. Cared Leto 1998-ci ildə qardaşı ilə birlikdə əsasını qoyduğu Thirty Seconds to Mars alternativ rok qrupunun vokalistidir.

Remove ads

Filmoqrafiya

Diskoqrafiya

  • 30 Seconds to Mars
  • A Beautiful Lie
  • This Is War
  • Lust, Love, Faith and Dreams
  • America

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads