Ceyms Kobörn
From Wikipedia, the free encyclopedia
Remove ads
Ceyms Harrison Kobörn III (ing. James Harrison Coburn III) — ABŞ aktyoru. Ceyms Kobörn buddizmlə maraqlanmış, Brüs Linin dostu və tələbələrindən biri olmuşdur.
Remove ads
Həyatı
Ceyms Kobörn 31 avqust 1928-ci ildə ABŞ-də Nebraska ştatının Lorel şəhərində Şotland-İrland və İsveç əsilli ailədə anadan olmuşdur. Onun atası mexanik olmuşdur. Ceymsin uşaqlıq illəri Kaliforniyanın Kompton şəhərində keçmişdir. 1959-cu ildə ilk dəfə olaraq film karyerasına başlayır. Həmin ildə Ceyms Beverli Kelli ilə ailə həyatı qurur. Onun ilk çəkildiyi filmlər vestern janrında olub. Bu müddət ərzində Ceymsin Harrison Kobörn IV (1961) və Liza (1967) adlı övladları dünyaya gəlir. 1979-cu ildə isə Ceyms həyat yoldaşından boşanır. 1980-ci illərdə Ceyms Kobörn xəstəlik səbəbindən ekranda çox az görünür. 1993-cü ildə Ceyms Pol O'Hara (1955-2004) ilə evlənir. Ceyms Brüs Li haqqında çəkilən sənədli filmdə rol almışdır. Ceyms Kobörn Kaliforniyanin Beverli-Hills şəhərində evində olan zaman 18 noyabr 2002-ci ildə ürək çırpınmasından vəfat etmişdir.
Remove ads
Mükafatlar
Seçilmiş filmoqrafiya
Xarici keçidlər
- Ceyms Kobörn — IMDb səhifəsi
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads