Ceyms Neysmit
From Wikipedia, the free encyclopedia
Remove ads
Ceyms Neysmit (6 noyabr 1861 – 28 noyabr 1939) — ABŞ-nin Massaçusets ştatının Sprinqfild kollecinin bədən tərbiyəsi müəllimi, məşqçi və novator, basketbolun yaradıcısı.[4]
Remove ads
Həyatı

Ceyms Neysmit 1861-ci ildə Kanadada, Almonte şəhərinin tərkibinə daxil olan Ramsi (ing. Ramsay Township) qəsəbəsində anadan olmuşdur. 1883-cü ildə Almonte şəhər orta məktəbini (ing. Almonte High School) bitirib. Həmin ildə də Monrealda Makgill Universitetinə daxil olur. Təhsil illərində Neysmit Kanada futbolu, Avropa futbolu və gimnastika üzrə universitet komandasında çıxış etməyə başlayır. Kanada futbolunda o mərkəz mövqeyində oynayırdı və ilk dəfə olaraq oyunlarda qoruyucu dəbilqə tətbiq etməyi təklif etmişdir. O həm də gimnastikada möhtəşəm uğurlarına görə bir neçə Vikstid (ing. Wicksteed) medalına layiq görülüb. Neysmit 1888-ci ildə Monrealda bədən tərbiyəsi üzrə bakalavr dərəcəsi və Presviterian Kollecinin (ing. Presbyterian College) diplomunu almışdır.
1891-ci ildə o, ABŞ-nin Massaçusets ştatının Sprinqfild kollecinin bədən tərbiyəsi müəllimi işləyərkən basketbol oyununu yaratmışdır. O basketbol oyununun qaydalarına dair kitab yazmış və ilk basketbol proqramının əsasını da qoymuşdur.[5]
Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı. Hal-hazırda dünyada milyonlarla insan⁵ bu oyunu oynayır. O bu oyunu yaradarkən Amerika qitəsində topla oyunların tarixi məlumatlarından istifadə etmişdir. Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfild kolleci onu fəxri bədən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir.
1939-cu ildə Makgill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfild kollecində "Basketbol şərəf zalı" adlı Ceyms Neysmit muzeyi açılmışdır.
Ceyms Neysmit 1939-cu ildə noyabr ayının 28-də Kanzasda vəfat edib.[6]
Remove ads
Təhsili və akademik mövqeləri
Yaşadığı illər ərzində Ceyms Neysmit aşağıdakı cədvəldə öz əksini tapan təhsilə və akademik mövqelərə yiyələnmişdir[6]:
Remove ads
Şəxsi həyatı
Ceyms Neysmit şotland immiqrantları olan Marqaret və Con Neysmitin ikinci övladı idi. Onun anası Marqaret Yanq 1833-cü ildə anadan olub və 1852-ci ildə Kanadanın Lanark vilayətinə köçmüşdür. O, ailəsinin 11 övladından dördüncüsü idi.[7] Ceyms Neysmitin atası Con Neysmit də 1833-cü ildə anadan olmuş və Avropanı 18 yaşı olanda tərk etmiş və Kanadanın Lanark vilayətində məskunlaşmışdır. 1894-cü ilin iyun ayının 20-də Neysmit Mod Evelin Şermanla (1870–1937) Sprinqfilddə ailə həyatı qurmuşdur. Onların 5 övladı olmuşdur:
- Marqaret Mason (Stenli) (1895–1976),
- Helen Karolin (Dodd) (1897–1980),
- Con Edvin (1900–1986),
- Mod Ann (Dauv) (1904–1972)
- Ceyms Şerman (1913–1980).[6]
Həmçinin bax
Xarici keçidlər
- "James Naismith's Resume". Naismith Memorial Basketball Hall of Fame
- "James A. Naismith". Biography.com.
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads