Conatan Svift
From Wikipedia, the free encyclopedia
Remove ads
Conatan Svift (ing. Jonathan Swift; 30 noyabr 1667[1][2][…], Dublin, İrlandiya krallığı[d][1][3][…] – 19 oktyabr 1745[4][1][…], Dublin, İrlandiya krallığı[d][1]) — ingilis-irland yazıçı-satirik, publisist, filosof, şair və ictimai xadim.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Remove ads
Həyatı
Conatan Svift 1667-ci il 30 noyabrda Dublində anadan olmuşdur. Həyatı ağır şərtlər altında keçmişdir. Buna görə də yaşadığı ağalar-qullar cəmiyyətinin bütün haqsızlıqlarının, eybəcərliklərinin acısını dadmış və yaradıcılığında bütün ömrü boyu bunlara qarşı barışmaz mübarizə aparmışdır. Bu mübarizə ideyası onun "Qulliverin səyahəti" romanında da aydın görünür. Əsərin tam adı belədir: "Bir neçə gəmidə əvvəl cərrah, sonralar kapitan olmuş Lemoel Qulliverin səyahəti" (1772–1773) Svift liliputlar ölkəsindəki kral ilə, öz zamanındakı nazir və sərkədələr arasındakı oxşarlığı verməklə onları ifşa etmişdir. Onları cırtdan liliputlarla tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərmişdir. Satirik tənqid və yumor Sviftin başlıca mübarizə silahı olmuşdur. Qulliver romanda göstərdiyi kimi liliputlar ölkəsindən başqa nəhənglər ölkəsində, uçan Saputi adasında, ağıllı, düşüncəli atlar diyarında da olmuş, bu ölkənin hər birində C. Svift təsvir etdiyi hadisələr vasitəsilə öz zamanındakı cürbəcür nöqsan və eybəcərliklərin üstünü açmışdır. Liliputlar ölkəsində Qulliver kralı, əyanları, sərkərdələri öz cib dəsmalına büküb cibinə qoymuş, onların bir yığın hərb gəmisini bir barmağına doladığı nazik iplə sürüyüb aparmışdı. Conatan Svift 19 oktyabr 1745-ci ildə 77 yaşında vəfat etmişdir.
Remove ads
Həmçinin bax
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
