Dionis

From Wikipedia, the free encyclopedia

Dionis
Remove ads

Dionis, Vakx, Baxus, Bakxus (yun. Διόνυσος, Διώνυσος, lat. Dionysus mənası "iki dəfə ya ikinci dəfə doğulan" deməkdir; yun. Βάκχος, lat. Bacchus) — yunan mifologiyasında Zevsin oğlu[4], Priapın atası[3]. Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı. Simvolları üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuzu.

Cəld faktlar Mifologiya, Təsir sahəsi ...
Remove ads

Doğulması

Zevs Fivan çarı Kadmanın qızına - Smelaya vurulur. Bundan xəbər tutan Hera qisas almaq məqsədilə hiyləyə əl ataraq Smelanı dilə tutaraq tapşırır ki, Zevsdən düyünün onun Hera ilə olan düyünü kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirərək düyünə ildrım çaxdiraraq gəlmiş olur. Nəticədə Kadmanın sarayı oda qərq olur. Yanğın bətnində altı aylıq uşaq - Dionis olan Semelanı ölümcül yaralamış olur və o, dəhşət içində ölür. Uşağı xilas etmək üçün Zevs öz budunu yararaq Dionisi içinə yerləşdirir və tikir. Vaxtı çatanda isə tikişi sökərək onu ikinci dəfə dünyaya gətirmiş olur. Buna görə də ona Dionis - "iki dəfə ya ikinci dəfə doğulan" adını vermişlər. Dionisin digər bir ləqəbi isə "mirorafisdir" - "buda tikilmiş" deməkdir. Digər bir ləqəbi isə "Pirigen" - "oddan doğulmuş" deməkdir.

Remove ads

Şərab tanrısı

Heranın təqiblərindən ehtiyat edən tanrı Zevs körpə Dionisi böyütmək və tərbiyə vermək üçün Smelanın bacısı İno və onun əri Atamanta verir. Burada da rahatlıq tapa bilməyəcəyini görən Zevs onu keçi balasına döndərərək Hermes vasitəsilə Asiyaya göndərir. Silendən şərabın hazırlanmasının sirrini öyrənən Dionis beləliklə Misiri, Suriyanı dolaşaraq sərgərdana çevrilir və harada olursa, orada insanlara üzüm yetişdirməyi və ondan şərab hazırlamağı öyrədir.

Remove ads

İstinadlar

Mənbə

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads