Eoarxey

From Wikipedia, the free encyclopedia

Remove ads

EoarxeyArxey eonunun ilk erasıdır. Bu era 4 milyard il əvvəl Katarxey eonunun bitməsi ilə başlamış və 3600 milyon il əvvəl Paleoarxey erasının başlaması ilə bitmişdir. Yer üzündəki həyatın başlanğıcı bu dövrə aid edilmişdir və sianobakteriyaların dəlilləri bu dövrdən bir qədər sonra, 3500 milyon il əvvəl aid edilmişdir. O dövrdə atmosfer oksigensiz idi və təzyiq dəyərləri 10 -100 bar arasında dəyişirdi.[1][2][3]

Cəld faktlar Eoarxey, Geoxronoloji məlumatlar ...
Əlavə məlumat Geoxronoloji şkala, Eon ...
Remove ads

Təsdiqlənmə

Eoarxey əvvəllər rəsmi olaraq adlandırılmamış və qeyri-rəsmi olaraq Erkən Arxey və ya Paleoarxey dövrünün ilk hissəsi kimi qeyd edilmişdir.

Artıq Beynəlxalq Stratiqrafiya Komissiyası Eoarxey erasının Katarxey eonundan əvvəl mövcud olmuş Arxey Eonunun ilk hissəsi olduğunu rəsmi olaraq tanıyır.

Thumb
Kvebek, Nuvvuagittuq Greenstone zolağından tapılmış 4.28 milyard illik qneys. Birbaşa nümunəsi mövcud olan ən qədim yer süxuru

Eoarxey erasının başlanğıcı Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən rəsmi olaraq 4 milyard il əvvəl olaraq qəbul edilmişdir.[4]

Eranın adı yunanca iki sözdən: eos (dan, şəfəq) və archaios (qədim) sözlərindən götürülmüşdür. İlk superqitə olan Vaalbara bu dövrün sonunda, təxminən 3,600 milyon il əvvəl meydana gəlmişdir.

Remove ads

Geologiya

Eoarxeyin əsas xüsusiyyəti, Yerin ilk dəfə möhkəm bir qabığa sahib olmasıdır. Bununla birlikdə, bu qabığın bir çox yerində çatışmazlıqlar və səthdə lava sahələri mövcud idi. Eoarxeyin başlanğıcı günəş sistemi daxilində ağır asteroid bombardmanı: Gecikən Ağır Bombardman ilə xarakterizə olunur. Ən böyük Eoarxey süxur meydana gəlməsi Qrenlandiyanın cənub-qərb sahilindəki yaşı 3.8 milyard olan Isua Greenstone kəməridir. Kanada Qalxanında tapılan qneys nümunələrinin 4.031 milyon yaşı olduğu təxmin edilir və buna görə də ən qədim qorunan qaya birləşmələridir. 2008-ci ildə Kanadanın Kvebek əyalətində, Nuvvuagittuq Greenstone zolağında 4,280 milyon il əvvələ aid süxurlar aşkar edilidi.[5] Bu birləşmələr üzərində hal-hazırda intensiv araşdırmalar aparılır.[6]

Remove ads

Atmosfer

Qrenlandiyadakı 3,850 milyon illik apatit qalıqları 12C-nin zənginliyini sübut edti. Bu, 3.8 milyard il əvvəl fotosintetik həyatın olub olmaması ilə əlaqədar bir mübahisəyə səbəb oldu.[7]

Xarici keçidlər

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads