Ermal Meta

From Wikipedia, the free encyclopedia

Ermal Meta
Remove ads

Ermal Meta (20 aprel 1981[1], Fieri) — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. O, daha öncə İtaliyanın ən böyük musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında Ameba4 və La Fame di Camilla qruplarının üzvü olaraq iştirak etmişdir. Meta bir neçə italyan müğənnisinə mahnı yazdıqdan sonra öz solo karyerasına başlamışdır. 2016 və 2017-ci illərdə ifaçının UmanoVietato morire adlı iki studiya albomu işıq üzü görmüşdür. Sonuncu albom İtaliyada bir nömrə olmuşdur və albomun əsas mahnısı ilə Meta 2017 Sanremo musiqi festivalında üçüncü yerə layiq görülmüşdür.

Cəld faktlar Ümumi məlumatlar, Doğum adı ...

Meta Fabritsio Moro ilə duet şəklində ifa etdiyi "Non mi avete fatto niente" mahnısı ilə 2018 Sanremo musiqi festivalında qələbə qazanmışdır. Onlar həmin mahnı ilə İtaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 5-ci yeri qazanmışdırlar.

Remove ads

Bioqrafiya

Ermal Meta 20 aprel 1981-ci ildə Albaniyanın Fieri şəhərində anadan olmuşdur. 13 yaşında ikən Meta ailəsi ilə birlikdə İtaliyanın Bari şəhərinə köçmüşdür. O, musiqi karyerasına Ameba4 qrupunun üzvü olaraq başlamışdır. Qrupun tərkibində Meta 2006-cı ildə İtaliyanın ən böyük musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında "Rido… forse mi sbaglio" mahnısı ilə iştirak etmişdir. Mahnı qrupun həmin ilin fevral ayında işıq üzü görən albomuna daxil edilmişdir.

Thumb
Ermal Meta 2010-cu ildə La Fame Di Camilla qrupunun üzvü kimi səhnədə

2007-ci ildə Meta La Fame di Camilla qrupunun vokalisti seçilmişdir. 2009-cu ildə qrupun öz adını daşıyan debüt albomu təqdim olunmuşdur. Daha sonra qrupun 2010 və 2012-ci illərdə Buio e luceL'attesa albomları satışa buraxılmışdır. 2010-cu ildə qrup Buio e luce albomunun əsas mahnısı ilə Sanremo musiqi festivalında iştirak etmişdir.[2] Qrup 2013-cü ildə parçalanmışdır.[3]

Meta İtalyan müğənnilərindən Marko Menqoni, Emma Marrone, Kyara, Annalisa, Petti Pravo və Lorentso Fraqola üçün mahnılar bəstələdikdən sonra öz solo karyerası üzərində işlərə başlamışdır. 2013-cü ildə o, Petti Pravo ilə duet şəklində "Non mi interessa" mahnısını ifa etmişdir. 2014-cü ildə isə Meta İtaliyada yayımlanan Qırmızı bilərziklər teleserialının "Tutto si muove" adlı soundtrekini səsləndirmişdir. 2016-cı ildə o, "Odio le favole" mahnısı ilə Sanremo musiqi festivalında iştirak etmiş və nəticədə üçüncü yerə layiq görülmüşdür. Mahnı ifaçının Umano adlandırdığı debüt albomuna daxil edilmişdir. 2017-ci ildə yenidən festivala qayıdan Meta ifa etdiyi "Vietato morire" mahnısı ilə növbəti dəfə üçüncü yeri qazanmışdır. Festivalın üçüncü gecəsində o, Domeniko Modunyonun "Amara terra mia" mahnısını ifa etmiş və nəticədə xüsusi mükafata layiq görülmüşdür. Vietato morire adlı ikinci studiya albomu işıq üzü görmüşdür. Albomda ifaçının İtaliyanın tanınmış sənətçilərindən olan Eliza ilə duet şəklində ifa etdiyi mahnı da yer almışdır. 2017-ci ildə Meta İtaliyada yayımlanan Amici di Maria De Filippi məharət yarışmasında münsiflər heyətinin üzvü olaraq iştirak etmişdir.[4]

Meta Fabritsio Moro ilə duet şəklində ifa etdiyi "Non mi avete fatto niente" mahnısı ilə 2018 Sanremo musiqi festivalında qələbə qazanmışdır. Onlar həmin mahnı ilə İtaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 308 xalla 5-ci yeri qazanmışdırlar.[5]

Remove ads

Diskoqrafiya

Albomlar

Əlavə məlumat Albom adı, İl ...

Sinqllar

Əlavə məlumat Mahnı adı, İl ...
Remove ads

Mükafatlar

Əlavə məlumat İl, Mükafat ...

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads