Franklin Delano Ruzvelt
32-ci ABŞ prezidenti From Wikipedia, the free encyclopedia
Remove ads
Franklin Delano Ruzvelt (ing. Franklin Delano Roosevelt; 30 yanvar 1882[2][3][…], Nyu-York, Nyu-York ştatı[4] – 12 aprel 1945[5][2][…]) — Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti (1933–1945).
Remove ads
Həyatı
Franklin Ruzvelt 1882-ci ildə varlı bir ailədə anadan olmuş, mənşə etibarilə holland idi. O, Teodor Ruzveltlə əminəvəsi idi. Franklin Ruzvelt əvvəlcə Harvard universitetini, sonra isə Kolumbiya Universitetinin hüquq fakültəsini bitirmişdi. 1913–1920-ci illərdə o, Hərbi Dəniz Nazirinin köməkçisi vəzifəsində işləmişdi. 1921-ci ildə polimelit xəstəliyinə tutulmuş və ömrünün sonunadək ayaqları iflic vəziyyətində qalmışdı. Möhkəm iradəsi və anasının mənəvi dayaq olması Ruzveltin siyasi fəaliyyətlə yenidən məşğul olmasına imkan yaratdı. 1928–1930-cu illərdə o, Nyu-York ştatının qubernatoru seçildi. 1932-ci ildə isə ABŞ-nin 32-ci prezidenti oldu. Franklin Delano Ruzvelt 2 dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir. 4 dəfə prezident seçilmiş, 4-cü hakimiyyət müddətinin başlamasından qısa müddət sonra beyninə qan sızmasından vəfat etmişdir.
Onun tarixi xidmətləri arasında "Böyük Depressiya"nın aradan qaldırılması, SSRİ ilə münasibətlərin yaxşılaşdırılması və İkinci dünya müharibəsi dövründə Avropadakı müttəfiqlərini yaxından dəstəkləməsini qeyd etmək olar.
Remove ads
Həmçinin bax
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads