Fuad Poladov

Azərbaycan teatr və film sənətçisi From Wikipedia, the free encyclopedia

Fuad Poladov
Remove ads

Fuad Ağarəhim oğlu Poladov (24 may 1948, Bakı4 may 2018[1], Bakı) — Azərbaycan teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR xalq artisti (1987).

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.[2]

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib.[3] Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.[2]

Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və 4 may 2018-ci ildə vəfat etmişdir.[4][5] Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.[6]

Remove ads

Mükafatları

Teatr səhnəsindəki rolları

Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar

Səməd Vurğun adına Rus Dram Teatrında oynadığı rollar

  • Erve Monten — "Tamaşaçılara baxmaq qadağandır" (J.Marsan)
  • Daniel — "Tənha kişi üçün tələ" (R. Tom)
  • Pavel Trunnikov — "Şəhərdə dəhşətli dərəcədə narahatlıq var" (İ. Pikovski)
  • Lopaxin — "Albalı bağı" (A.P. Çexov)
  • Yuliy Sezar — "Kölgələrin oyunu" (Y. Edlis)
  • Stefan — "Qara dəlik" (Q. Stefanovski)
  • İblis — "İblis" (H.Cavid)
  • Sankiti Oba — "Aramızdakı kabuslar" (K.Abe)
  • Eddi Karbone — "Eddi Karbone" (Körpüdən görünən mənzərə) (A. Miller)
  • Stefan — " Fransızsayağı ailə" (Ailənin həftəsonu) (J.Puare)
  • Svetlovidov — "Ququşu mahnısı" (A.P. Çexov)
  • Lord Avqust — "Avqust üzərinə düşən vəzifəni yerinə yetirir" (B.Şou)
  • Floran — "Müqəddəs bədheybətlər" (J.Kokto)
  • Eduard Polumb — "Dulların təsəlliçisi" (C.Marotta, B.Randon)
  • Həkim Korniş — "Əlçatmaz qadın" (S.Moema)
  • Napaleon 1 — "Napaleon 1" (F.Brukner)
  • Kardinal Vulsi — "Şah oyunları". (Q.Qorin)
  • Həkim Dorn — "Qağayı" (A.P.Çexov)
  • Herman Lyuis — "Qarışıq hisslər" (R.Baer)
  • Didr — "Pozğun" (E.E.Şmitt)(A.Brailovskinin tərcüməsi)…

Filmoqrafiya

  1. Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Nazim
  2. Ağasadıq Gəraybəyli (film, 1974)
  3. Axırıncı dayanacaq (film, 2014) - rol: Davud
  4. Ailə (film) (tammetrajlı bədii film) — rol: mafiya başçısı
  5. Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: Vaqif Fətəliyev
  6. Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası) - rol: Əmin Bəxtiyarov
  7. Arxada qalmış gələcək (film, 2004) - rol: Malik
  8. Atayevlər ailəsi (film, 1978) - rol: Şahsuvarov
  9. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) - rol: Məcid
  10. Cəza (film, 1996)
  11. Dede Korkut hikayeleri (film)
  12. Dərvişin qeydləri (film, 2013) - rol: İsgəndər xan
  13. Dolu (film, 2012) - rol: Katib
  14. Etimad telefonu (film, 2001) - rol: Fuad
  15. Əlavə təsir (film, 2010) - film səsləndirən: Nazim Şeydayev (Əbdül Mahmudov )
  16. Əlvida, cənub şəhəri (film, 2006) - rol: Fariz
  17. Ən vacib müsahibə (film, 1971) - rol: Bacıoğlu
  18. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  19. Fatehlərin divanı - rol: Əmir Teymur
  20. Güllələnmə təxirə salınır!... (film, 2002) - rol: Xan
  21. Günaydın, mələyim! (film, 2008) - rol: Fuad
  22. Hacı Qara (film, 2002) - rol: Pristav
  23. Həqiqətin özü (film, 2008) - Mətni oxuyan
  24. Həyat çiçəyi (teleserial, 2013)
  25. Hökmdarın taleyi (film, 2008) - Tərcüməni səsləndirən
  26. İmtahan (film, 1987) - rol: Şamxal
  27. İşarəni dənizdən gözləyin (film, 1986) - rol: Komandan
  28. İstintaq davam edir (film, 1966) - rol: Səlim
  29. Köpək (film, 1994)
  30. Küçələrə su səpmişəm (film, 2004) - rol: Xəlil
  31. Qara "Volqa" (film, 1994) - rol: Səlimzadə
  32. Qayınana (film, 1978) - rol: Ayaz
  33. Qırmızı qatar (film, 1993) - rol: Laber
  34. Qırmızı terror və ya Mircəfər Bağırov (film, 1999)
  35. Mən evə qayıdıram (film, 2014) - rol: müstəntiq Səlimov
  36. Ovsunçu (film, 2002) - rol: Aslan
  37. Ömür və tale (film, 1998)
  38. Rus tərcüməsi (teleserial) — rol: Əbdu Salih (Rusiya)
  39. Salur Qazanın evi talandığı boy (film, 2001) - rol: Qıpçaq Məlik
  40. Tərsinə çevrilən dünya (film, 2011) - rol: Qasım Cəfərov
  41. Təsadüfi görüş (film, 1999) - rol: Murad
  42. Üçüncü zəng (film, 2006)
  43. Ümid (film, 1995) - rol: Cəbhə hərbi həkimi
  44. Vahimə (film, 1998) - rol: musiqiçi
  45. Nazlı (film, 2017) - rol: Aslan
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads