Gürcü dili
kartvel ailəsindən dil, Gürcüstanın dövlət dili From Wikipedia, the free encyclopedia
Remove ads
Gürcü dili (ქართული ენა kartuli ena) — Kartvel dilləri ailəsində dil. Meqrel, laz və svan dilləri ilə bir kökdən olub, onlardan çox əski zamanlarda ayrılmışdır. Buna görə onlar arasında qarşılıqlı anlaşılma yoxdur. Gürcü dilinin Kaxetiyada, Kartlidə, Quriyada, İmeretiyada, Acarıstanda, Türkiyədə, Azərbaycanda və İranda fərqli ləhcələri danışılır. Tərkibində çoxlu yunan, türk, ərəb və fars sözləri vardır. Gürcü dili Gürcüstanın rəsmi dövlət dili olmaqla yanaşı Gürcüstanda yaşayan bütün Kartvel (İber) xalqlarının ortaq dilidir. Çox zəngin dildir.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Gürcü dili 1919-cu ildə yaradılmış Bakıdakı Azərbaycan Universitetində tədris edilirdi. 1950-ci illərdə İsveçrədə gürcü dilinin təfsilatlı dərsliyi işıq üzü gördü. 1970-ci illərdən bəri Almaniyanın Yena Universitetində professor Feynrix "Georgica" jurnalını təsis etmişdir. Jurnal bu günədək çıxmaqdadır.
Amerikalı gürcüşünas Aronson 1950–60-ci illərdə gürcü dili üzrə fundamental derslik və lüğətləri redaktə edib, nəşr etdirmişdir.
Hazırda gürcü dili Almaniya, Fransa, Polşa, İsveç, İngiltərə və ABŞ-nin bir sıra universitetlərində tədris edilir.
Remove ads
Tarixi
Gürcü dilinin yazılı inkişafı aşağıdakı xronoloji dövrlərə ayrılır:
- qədim dövr, V–XI əsrlərdir
- orta dövr, XII–XVIII əsrlərdir
- yeni dövr, XIX əsrdən
Bəzi tədqiqatçılar son iki dövrü bölmürlər, çünki yeni gürcü dili əsasən leksikada fərqlərə malikdir. Qədim gürcü dilinin əsasını kartli nitqi təşkil edir. 1819-cu ildə gürcü dilində ilk daimi nəşri "Sakartvelos" qəzeti fəaliyyətə başladı. Müasir ədəbi gürcü dilinin inkişafında İlya Çavçavadze, Akakiy Çereteli, Vaja Pşavela əhəmiyyətli rol oynadılar.
Remove ads
Sayılar
Bilindiyi kimi, dünya dillərində say sistemləri müxtəlifdir. Bəzi dillərdə onluq, iyirmilik, on ikilik, beşlik say sistemlərindən istifadə olunur. Eyni zamanda, türk dilləri də daxil olmaqla, bir çox dünya dillərdə onluq say sistemi işlədilməkdədir. Gürcü dilində isə say sistemi qarışıqdır. Qismən onluq, qismən təklik və qismən də iyirmilik mövcuddur. Belə ki, gürcü dilində say sistemi 11-dən 19-a qədər onluq, 21-dən 99-a qədər iyirmilikdir.[1]
Sayların gürcü dilində ifadəsi
Ümumi say kategoriyası: რიცხვითი სახელი — ritsxviti saxeli (say adı). Əsl saylar: რაოდენობითი რიცხვითი სახელი — raodenobiti ritsxviti saxeli (miqdar sayı adı). Say sistemi თვლის სისთემა – tvlis sistema (say sistemi).[1]
Remove ads
Həftənin günləri
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads