Türk dilləri

Avrasiyada dil ailəsi From Wikipedia, the free encyclopedia

Türk dilləri
Remove ads

Türk dilləriŞərqiCənubi Avropadan Orta Asiyaya, Şərqi Asiyaya, Şimali Asiyaya (Sibir)Qərbi Asiyaya qədər türk xalqlarının danışdığı 35-dən çox sənədləşdirilmiş dildən ibarət dil ailəsi.

Thumb
Türk dillərdə rəsmi statusu göy rəngli ölkələrdə və muxtarlıqlarda varThumbTürk dilləri danışanların saya görə

Türk dilləri ailəsi 41 dil, ləhcə və ya şivədən ibarətdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Başqırdıstan, Tatarıstan, Tıva, Çuvaşıstan, Yakutiya (Saxa), Dağlıq AltayXakasiya yerli əhalisinin, eləcə də İran, İraq, Əfqanıstan, Çin, Bolqarıstan, Rumıniya, keçmiş YuqoslaviyaAlbaniyanın bir sıra xalqlarının genoloji (mənşəcə) və tipolji cəhətdən qohum dilləri. Keçmiş SSRİ-də türk xalqları slavyan xalqlarından sonra II yeri tuturdu və SSRİ-də bu dil ailəsinə mənsub 23 dil olmuşdur. Türk dilləri qismən Dağıstanda (Qumuqlar, Noğaylar), Kabarda-Balkariya, Qaraçay-Çərkəz (Balkarlar, Qaraçaylılar, Noqaylar), Stavropolda (Noğaylar, Truxmenlər), Moldovada (Qaqauzlar), Litvada (Kəraimlər, Tatarlar), Ukraynada (Krım tatarları) və s. yerlərdə də yayılmışdır. Türk dillərinin hansı dillər ailəsinə daxil olması indiyədək müəyyənləşdirilməmişdir. Alimlərin bir qismi onları Ural-Altay, digər qismi isə Altay dillərinə daxil edirlər. Türk dilləri qrupunu müstəqil dil ailəsi hesab edənlər də var. Türkiyədə isə ümumən türk dilləri əvəzinə türk ləhcələri təbiri qəbul edilməkdədir və buna görə Türkiyə türkcəsi, Azərbaycan türkcəsi, özbək türkcəsi, və s. hamısı türk dilinin ləhcələri hesab edilir. Türk dili deyəndə Türkiyə türkcəsi nəzərdə tutulmaz, ləhcələrin hamısını əhatə edən dil kimi başa düşülür. Türkiyədə universitetlərdə Çağdaş Türk Lehçeleri ve Edebiyatları adlanan kafedralarda türk dilləri və ədəbiyyatları barədə dərslər keçilir.

Hazırda bu dil ailəsi 180 milyon insanın doğma dilidir.

Türk dillərinin tarixi inkişafı aşağıdakı mərhələlərə bölünür:

  • Altay və Hun dövrləri (eramızın V əsrinədək)
  • Qədim Türk dövrü (V-X əsrin əvvəli)
  • Orta Türk dövrü (X-XV əsrlər)
  • Yeni və ən yeni türk dövrləri (XVI-XX əsrdə).
Remove ads

Türk dillərinin təsnifatı

Qəbul olunmuş təsnifata görə türk dilləri Qərbi (Qərbi hun) və Şərq (Şərqi hun) qollarına ayrılır:

Remove ads

Üstünlüyü

Bir dilin nə qədər köklü və güclü olduğu, o dilin keçmişiylə ölçülür. Şübhəsiz türkcə, bilinən ilk yazılı qaynağı (Orxon Abidələri) ələ alındığında, min ildən çox keçmişiylə köklü və güclü bir dildir.

Söz və cümlə durumu hər dildə özünə aid bir qanuna bağlıdır. Bu qanunların toplumuna dil qrammatikası deyilir. Qanunlardan əlavə dillərin ayrıca özəl qanunları da var ki düzənli qaydalara bağlı deyillər. Məsələn: mukəssər cəmi ərəb dilində, artıq hərflər və qaydasız feillər ingilis dilində qaydasız qrammatikalardırlar. Belə qanunsuz qaydalara ərəb dilində səmai (eşitməli) deyirlər. Bu deyişin səbəbi də onların bəlli bir qanuna bağlı olmadığıdır, buna görə də onları gərək eşidib və yadda saxlayasan.

Səmainin tərsi qiyasi (müqayisə etməli) olur ki, qaydalı qanunlara bağlıdır və dilin əsas gücü bu qaydaya dayanır.

Səmai sözlər bir dildə az olduqca dilin qaydalı olmağı və gücü də artar.

Açıq və ümumi dil qaydaları az, bütöv, və yayğın olsa dilin gücü və davamı da artar. Məsələn : Düzdür ki,ərəb dili (sərf və nəhv) baxımından çox güclüdür amma onun qayda və qanunları o qədər budaqlı və çoxdur ki, onu bütün bir səviyyədə öyrənmək çətindir.[1]

Türk dilləri sərf və açl qayda baxımından zəngin və asan öyrənişlidirlər. Bu qayda və qanunlar diqqət, genişlik və asanlıq baxımından riyaziyyat qaydalarına bənzəyirlər. Türk dilinin sərf qaydaları neçə barmaq sayılı bütün qaydaya bölünür və bu mövzu türk dilinin asan öyrənişli və dil gücünün əlamətidir.[1]

Remove ads

Dil ailəsinin xüsusiyyətləri

Türk dillərinin hamısında ahəng qanunu, samitlərin assimiliyasiyası, kök və şəkilçilərin xüsusi quruluşuna malik olması, demək olar ki, eynilik təşkil edir. Bu tipoloji uyğunluq morfologiyaya da aiddir. Türk dili iltisaqi dillərə daxildir. Onlarda qrammatik cins kateqoriyası yoxdur. Qoşmalar sözün sonuna əlavə olunur, sözdüzəldici və sözdəyişdirici şəkilçilərin sırası möhkəm qanunauyğunluğa tabedir. Hal və mənsubiyyət kateqoriyaları çoxlu ümumi cəhətlərə malikdir. Kök sözlərin heç bir şəkilçi qəbul etmədən işlənə bilməsi, vahid təsrif sistemi, əvəzliklərdəki ümumilik və s. də belə oxşarlıqlardandır. Bu dillərin sintaktik quruluşunda da tipoloji eynilik çoxdur; söz və söz birləşmələrinin cümlədəki sırası sabitdir: təyin təyin olunandan əvvəl gəlir və onunla uzlaşmır, tamamlıq tamamladığı sözlərdən əvvəl gəlir, tabeli mürəkkəb cümlələr az, tərkiblər isə çoxdur. Lüğət tərkibində ümumilik daha qabarıq şəkildə özünü göstərməlikdədir.

Əlavə məlumat Əski türkcə, Azərbaycanca ...
Əlavə məlumat Şəxs əvəzlikləri, Azərbaycan ...
Remove ads

Əlifbası

Türk dilinin qədim yazılı abidələri (Orxon-Yenisey əlifbası ilə) VI-XI əsrlərə aiddir; daha qədim abidələri isə mani, brahmisoğdi əlifbası ilə yazılmışdır (Sintszyan və Orta Asiya). Sonralar türk yazısı (UyğurƏrəb əlifbaları ilə) şərqdə Kaşqar, Orta-Asiya və Qızıl Ordada, qərbdə isə Səlcuqilər dövlətində (Kiçik Asiya), Azərbaycanda, Türkiyədə, Misirdə, Hindistanda və s. yerlərdə inkişaf etmişdir.

XX əsrin 20-30-cu illərində keçmiş SSRİ-nin türkdilli xalqları latın əlifbasından istifadə etmişlər. 30-cu illərin sonunda bu dillərin çoxu üçün kiril qrafikası əsasında əlifba yaradılmışdır. Türkiyədə 1928-ci ildən latın qrafikalı əlifba qəbul olunmuşdur. Lakin SSRİ dağıldıqdan sonra azad olmuş türkdilli dövlətlər yenidən latın qrafikalı əlifbadan istifadə etmişlər.

Remove ads

Tarix

XIX əsr

Keçmiş Sovet türk xalqlarının arasında ədəbi dilləri inkişaf etməyə ilk başlayanlar Volqa və Krım tatar, Azərbaycan və qazax mütəfəkkirləri idilər. Onların arasından olan Krım tatar mütəfəkkiri, İsmayıl Qaspıralı 1884 ildə Terjuman jurnalında bir türk lingua franca-nı yaratmağa təklif edib.[2]

XX əsr

Sovet dövrü

Sovet İttifaqının "müsəlman" sayılan əhalisinin böyük əksəriyyəti türk dillərində danışırdı.[3] Sovet dövründə türk dillərin sayısını standatlaşma yolu ilə azaltma imkanı bir türkçü iddia kimi hücüm olunurdu. Əksinə, əvvəl dialekt sayılan bir sıra ləhcə dil statusa qaldırılmış.[4]

Türk dilləri barəsində fəaliyyətlər və elmi işlər

SSRİ dövrünə qədər türkdilli xalqların iki əsas yazılı dili var idi: Osmanlı türkcəsi və Çağatay türkcəsi. Bu dövrdə Osmanlı və Azərbaycan ərazilərindən başqa türk dünyasının əhəmiyyətli bir hissəsi Çağatay türkcəsi işlədib bu yazı dilini Türki Til adlandırmışdır. Bu dövrdə və hətta SSRİ-nin qurulmasından bir müddət sonra da əcnəbilərin təsnifatda türk ləhcələrinin nomenklaturasını işlətdikləri görülür. Əslində rusların hər bir türk tayfası üçün ayrıca yazı dili quraşdırmaq səyləri hələ Çar Rusiyası dövründə başlamışdır. Bundan əlavə, V. Radloffun “Opit slovarya tyurkskih nareçiy” (Versuch eines Wörterbuches der Turk-Dialecte) I-IV əsəri də “Türk dialektlərinin lüğət essesi” adlandırılmış və əsərdə qazax, qırğız, özbək və b. dialekt kimi təsnif edilirdi. Özbək Əbdürrəuf Fitrətin 1919-cu ildə nəşr etdirdiyi “Tilimiz” adlı məqaləsində öz dilini türk adı ilə qeyd etdiyi görünür. Azərbaycanlı Mirzə Ələkbər Sabirin 1910-cu ildə “Günəş” qəzetində Osmanlı dilindən öz dilinə tərcüməni türkcədən türkcəyə tərcümə kimi şərh və tənqid etdiyi görünür. Azərbaycan şairi, yazıçısı və maarifçisi Abdulla Şaiqin türk dili (1924) və Türk ədəbiyyatı (1924) adlı əsərləri də azərbaycan dilinin türk dili adlandırılmasına nümunədir. B. Ercilasun, Türkiyədə türk ləhcələrinin təsnifatının keçmişdən bəri davam edən bir təcrübə olduğunu və bunun rusların həyata keçirdiyi dil siyasəti nəticəsində ortaya çıxan təsnifatı qəbul etməməkdən ibarət olduğunu iddia edir. Tələt Təkinin əvvəlcə dialekt təsnifatını qəbul etdiyi, daha sonra dil təsnifatına müraciət etdiyi görülür.

Türkiyədə türk dilləri və ya türk ləhcələri adı altında bir çox türk dillərinin birlikdə və ya ayrı-ayrılıqda müzakirə edildiyi akademik nəşrlər mövcuddur. Məqalələrdən başqa bir çox türk dilinin birlikdə müzakirə edildiyi əsas mənbələrdən bəziləri bunlardır:

  • Ahmet Cevat Emre, Türk Lehçelerinin Mukayeseli Grameri, TDK, İstanbul 1949.
  • Saadet Çağatay, Türk Lehçeleri Örnekleri, Türk Tarih Kurumu Basımevi, Ankara 1950.
  • Ahmet Bican Ercilasun vd., Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü, Kültür Bakanlığı, Ankara 1991.
  • Timur Kocaoğlu vd., Türk Dünyası Konuşma Kılavuzu, Türk Dünyası Araştırmaları Vakfı, İstanbul 1992.
  • Talat Tekin, Türk Dilleri -Giriş-, Simurg, İstanbul 1999.
  • Ahmet Buran, Çağdaş Türk Lehçeleri, Akçağ, İstanbul 2001.
  • Nami Ardakoç vd., Modern Türk Dilleri Seyahat ve Konuşma Kılavuzu, Geçit Kitabevi, İstanbul 2005.
  • Ahmet Bican Ercilasun vd., Türk Lehçeleri Grameri, Akçağ, İstanbul 2007.

Bunların arasında 1991-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilən Müqayisəli Türk ləhcələri lüğəti adlanan lüğətə Türk Dil Qurumunun rəsmi lüğət internet səhifəsində [5] onlayn olaraq daxil olmaq mümkündür. Pamukkale Universitetindən bir tədqiqatçı tərəfindən hazırlanan [6] PAU ÇTLE saytında müxtəlif türk ləhcələri lüğətləri və söz öyrənmə oyunları[7][8] onlayn olaraq yayımlanır.[9]

Remove ads

İstinadlar

Xarici keçidlər

Həmçinin Bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads