Gearbox Software

From Wikipedia, the free encyclopedia

Gearbox Software
Remove ads

Gearbox Softwarekompütervideooyun sənayəsində çalışan ABŞ şirkəti. 1999-cu ildə bir qrup yaradıcı tərəfindən təsis edilib. Baş ofisi Texas ştatının Plano şəhərində yerləşir.

Cəld faktlar Ümumi məlumatlar, Tipi ...

Şirkət Rendi Piçford, Stiven Bahl, Lendon Mantqhomeri, Brayan Martel və Rob Heyronimus tərəfindən 1999-cu ilin yanvar ayında yaradılıb. "Gearbox" studiyasının yaradıcıları şirkətin yaradılması zamanı demək olar ki, videooyunların hazırlanması üzrə ixtisaslaşan başqa şirkətlərdə çalışırdılar.

Şirkətin ilk işi Valve tərəfindən sifariş edilən Half-Life üçün əlavələrin yaradılması oldu. Studiya Valve-nin sifarişi ilə orijinal Half-Life-a üç əlavə Opposing Force, Blue Shift və PS2 versiyası üçün eksklüziv Decay əlavələrini hazırlayır. Half-Life: Opposing Force əlavəsində süjet orijinal Half-Life ilə paralel inkişaf edir. Burada baş qəhrəman Qara Meza tədqiqat mərkəzinə eksperementin nəticəsini və şahidləri təmizləmək üçün göndərilmiş xüsusi təyinatlı Adrian Şeparddır. Bunun sayəsində oyunçular Half-Life süjetinə digər personajın gözü ilə baxmağı imkan əldə edirlər.

Sonrakı oyun Half-Life: Blue Shift bundan əvvəlki Opposing Force kimi rəsmi add-on kimi buraxılmışdır. Süjet Qara Meza kompleksinin mühafizəçisi — Barni Kalhaunun ətrafında inkişaf edir. Bu iki əlavədə qrafika və modellər daha da keyfiyyətli hazırlanmışdır. Studiya bunun arxasınca 2001-ci ildə PS üçün eksklüziv Half-Life: Decay əlavəsini buraxır.

Şirkətin ən məşhur məhsullarından biri 2005-ci ildə buraxdığı İkinci dünya müharibəsinə aid Brothers in Arms oyunudur.

Gearbox müxtəlif məşhur oyun yaradan şirkət və nəşrçiləri ilə işləyib. Onların arasında Valve-dən əlavə Ubisoft, Sega, Microsoft Game Studios, Electronic Arts, Activision və Vivendi Games kimi studiyalar var. Şirkət Bungie, Epic Games, Valve Corporation, Gameloft, Ritual Entertainment və Demiurge Studios kimi studiyalarla partnyorluq əlaqələrinə malikdir.

Remove ads

Hazırlanılan oyunlar

  • Half-Life: Opposing ForceHalf-Life üçün əlavə (31 oktyabr 1999-cu il).[2]
  • Half-LifeDreamcast üçün versiya (ləğv edilib)
  • Counter-Strike — kommersiya versiyası. Valve ilə birlikdə hazırlanılıb.
  • Half-Life: Blue ShiftHalf-Life üçün əlavə (11 iyul 2001-ci il)[3]
  • Half-Life: DecayPlayStation 2 üçün versiya (noyabr 2001-ci il).
  • Tony Hawk's Pro Skater 3Windows üçün versiya (oktyabr 2002-ci il).
  • James Bond 007: NightfireWindows üçün versiya (18 noyabr 2002-ci il).[4]
  • Halo: Combat EvolvedWindowsMac üçün port (sentyabr 2003-cü il). Bungie Studios ilə birlikdə buraxılıb.
  • Counter-Strike: Condition ZeroWindows üçün versiya. (23 mart 2004-cü il). Valve ilə birlikdə.
  • Halo: Custom EditionWindows üçün versiya. (may 2004-cüi il).
  • Brothers in Arms: Road to Hill 30Windows, Xbox, PlayStation 2 üçün versiya (mart 2005-ci il).
  • Brothers in Arms: Earned in BloodWindows, Xbox, PlayStation 2 üçün versiya (oktyabr 2005-ci il).
  • Fortnite — , mac OS, PlayStation 4 və Xbox One platformalarında azad edilib.[5]
  • Brothers in Arms DSNintendo DS (2007-ci ilin yayı).
  • Brothers in Arms: Double TimeWii (26 sentyabr 2008-ci il).
  • Samba de AmigoWii (23 sentyabr 2008-ci il).[6] Совместная разработка с Escalation Studios.
  • Brothers in Arms: Hell's HighwayWindows, Xbox 360, PlayStation 3 üçün versiya (7 oktyabr 2008-ci il)
  • Brothers in Arms: Hour of HeroesiPhone (dekabr 2008-ci il).
  • BorderlandsWindows, Xbox 360, PlayStation 3 üçün versiya (TBA 2009, nəşriyyat — 2K Games).

Hazırlanmaqda olan layihələr

Remove ads

Maraqlı faktlar

  • Gearbox Software artıq qapadılmış studiyanın beş üzvü Rendi Piçford, Stiven Bahl, Lendon Mantqhomeri, Brayan Martel və Rob Heyronimus tərəfindən yaradılıb. RBR-də işdən əvvəl Piçford və Martel 3DRealms studiyasında, Mantqhomeri isə Bethesda Softworks şirkətində çalışırdılar.
  • Half-Life 2-yə qədər Gearbox orijinal Half-Life-dan başqa bütün əlavələr üzərində çalışıb (Opposing Force, Blue Shift, Counter-Strike, Condition Zero, Half-Life PS2/Decay, Half-Life Dreamcast).
  • Counter-Strike-da silahların modelləşdirilməsi ilə məşğul olan Gearbox stuadiyasının əməkdaşlarından biri, həmkarlarını ruhlandırmaq üçün ofisə əsil avtomat gətirmişdir. Ancaq studiya ilə eyni binada yerləşən bankın əməkdaşı rəssamı plaşınına altında, avtomatla, liftdə qalxdığını görür və polisə dərhal xəbər. Nəticədə çoxlu sayda polis əməkdaşları "terroristi" mərtəbə-mərtəbə axtardıqdan sonra səhv baş verdiyini anlayırlar.
  • Gearbox stuadiyasının əməkdaşları indiyə kimi yaradılmış ən uğurlu 10 atıcı oyundan 8-i üzərində işləyiblər (Doom, Quake, Halo, Half-Life, Unreal, Counter-Strike, Duke Nukem, və James Bond).
  • Gearbox Hollivudun ən məşhur filmlərinin videooyunlarını yaradıblar — Ceyms BondÖzgə.
  • Gearbox Software Plano, Texasdakı ofisin yuxarı üç mərtəbəsində yerləşir.
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads