Half-Life 2

Half-Life 2 oyunun haqqında məlumat From Wikipedia, the free encyclopedia

Half-Life 2
Remove ads

Half-Life 2 (stilləşdirilmiş yazım — HλLF-LIFE 2[4], qısaldılmış HL2) — "Valve" tərəfindən 2004-cü ildə yaradılan, özləri və "Sierra Entertainment" tərəfindən nəşr edilən elmi-fantastik birinci şəxs atıcı janrında olan oyundur. "Half-Life" oyununun sikvelidir. Seriyanın ilk oyunu olan "Half-Life" kimi, bu oyun da atıcılıq, tapmacalar və hekayə kimi xüsusiyyətləri özündə birləşdirir və nəqliyyat vasitələri və fizika əsaslı oynanış kimi xüsusiyyətləri əlavə edir. Oyunçular, qravitasiya silahı kimi silahlardan istifadə edərək, Aliks Vans ilə birlikdə "Kombayn" adlı yadplanetli ordusuna qarşı mübarizə aparan Qordon Frimanı idarə edərək oynayırlar.

Cəld faktlar Hazırlayanlar, Yayımlayanlar ...

Oyun geniş tanınmış və bir çox mükafat və 45-dən çox "İlin Oyunu 2004" adlarını qazanmışdır. 2012-ci ildə Half-Life 2, on ilin ən yaxşı oyunu olaraq Spike VGA 10 (Spike Video Game Awards) mükafatına layiq görülmüşdür.

İnkişaf altı il davam etdi, bu müddət ərzində oyunun mənbə kodu hətta oğurlanaraq internetdə yerləşdirilib. Oyun geliştiricilərin əsas texnoloji nailiyyətləri, oyunçuların təəccüblü bir xarakter animasiyası, rəqiblərin inkişaf etmiş süni intellekti, real fizikakölgə salma təmin edən Source oyun mühərriki hesab edilə bilər. Havok Physics fizika mühərrikinin dəyişdirilmiş bir versiyasının istifadəsi ilə xarici aləmlə oyunçuların görünməmiş bir səviyyədə qarşılıqlı əlaqəsi əldə edildi. Bu günə qədər Steam servisi vasitəsi ilə satışlar da daxil olmaqla oyunun 12 milyondan çox nüsxəsi satılıb[5]. 2005-ci ildə oyun, Half-Life — İlin Oyunu kolleksiyaçı qutusu olaraq yenidən buraxıldı. Oyunun inkişafına təxminən 40 milyon ABŞ dolları xərclənib[6].

Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads