Homer Simpson
From Wikipedia, the free encyclopedia
Remove ads
Homer Simpson (ing. Homer Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri. İlk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-nun "Good Night" hissəsində görünmüşdü.
Remove ads
Qəbulu
2010-cu ildə Entertainment Weekly Homeri "son 20 ilin böyük personajı" (ing. the greatest character of the last 20 years) adlandırıb.[1] TV Guide onu 2002-ci ildə 50 ən böyük cizgi personajların siyahısında (ing. Top 50 Greatest Cartoon Characters) Baqz Bannidən sonra yerləşdirib;[2] Bravo kanalı isə onu 100 ən böyük televiziya personajı (ing. 100 Greatest TV Characters) siyahısında, harada ki Homer sadəcə dörd cizgi personajıdan biri olub, beşinci yerə daxil edib;[3] Channel 4 sorğusuda isə o, bütün zamanların ən böyük televiziya peronajı kimi seçilib.[4]
Den Kastellaneta Homeri səsləndirdiyinə görə bir neçə dəfə "Outstanding Voice-Over Performance" nominasiyada Primetime Emmy mükafatını əldə edib: 1992-ci ildə Lizanın ponisi (ing. Lisa's Pony), 1993-cü ildə Mister Plou (ing. Mr. Plow),[5] 2004-cü ildə Bu gün klounam (ing. Today I Am a Clown)[6] və 2009-cu ildə Ata daha pisi bilir (ing. Father Knows Worst) seriyasına görə.[7] Ancaq, o Bu gün klounam seriyasıda ancaq Homeri yox, bir neçə personajı səsləndirdiyinə görə həmin mükafatı alıb.[6]
Remove ads
Təkrarlanan frazalar
- "Mmm..."+ hansısa yeməyin adı. (Adətən bu belə səslənir - "Mmm pivə!" və ya "Mmm ponçiklər!")
- D`oh ! (dou - hirsləndikdə)
- Vvooho! (ura - sevindikdə)
- Ay səni balaca! (Bartı boğarkən)
Maraqlı faktlar
- Homer Gillette britva markasından istifadə edir.
- Homerin ksilofobiyası var (ksilofon qorxusu).
- Homerin IQ-su - 55 hal. HOMR seriyada onun başından uşağlıqdan orada olan karandaşı çıxarddılar və IQ-su 50 hala yüksəldi (deməli 10 oldu), lakin sonra Homer karandaşı yerinə qaytmağa istədi və hər şey öz yerinə qayıdıb.
- Homerin ancaq sağ böyrəyi var. Çünki sol böyrəyini atasına verib.
- Homer həmişə təkrarladıyı "D'oh!" sözü o qədər populyar olub ki, onu Oksford lüğətində qeyd ediblər
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads

