IANA

From Wikipedia, the free encyclopedia

IANA
Remove ads

IANA— (ing. Internet Assigned Numbers Authority; azərb. İnternet nömrələrinin verilməsi mərkəzi) — internetdə .com, .net, .org kimi ən yüksək səviyyəli domenlərin inzibati idarə olunmasına cavabdeh olan və ABŞ hökumətinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. IANA qlobal ərazilər üzrə (əsasən Avropa, Asiya və Amerika) adlar fəzasını müəyyənləşdirəcək təşkilatları əlaqələndirir. 1998-ci ilin sentyabrından bu funksiyanı beynəlxalq qeyri-kommersiya təşkilatı olan ICANN öz üzərinə götürüb.

Cəld faktlar IANA, Yaranma tarixi ...

ICANN tərəfindən yaradılan və onun strukturuna daxil olan IANA İnternet səbəkəsində rəqəmli ünvanların paylanması üzrə səlahiyyətli təskilatdır və əsas funksiyası (gTLDs) ümumi istifadəli domenlərin beynəlxalq verilənlər bazasını və (ccTLDs) yüksək səviyyəli milli domenləri dəstəkləməkdən ibarətdir. Bu təşkilatlar internet ictimaiyyətinin maraqlarını təmsil edirlər.

Remove ads

IANA fəaliyyətləri

IANA RFC-də müəyyən edilmiş protokollarda istifadə olunan bütün ehtiyatda saxlanılan adların və nömrələrin bölgüsü üçün cavabdehdir.

IP-ünvanların paylanması

IANA regionlarda hər bir ölkəyə məxsus olan birinci səviyyəli IP-ünvanları idarə edir. Regional registratorlar da, öz növbəsində, daha kiçik internet-provayderlərə nümayəndə göndərir.

Həmçinin IPv6- ünvanın verilməsilə də məşğul olur.

Domen adları

IANA yüksək səviyyəli domenlərin operatorları ilə birgə verilənləri idarə edir.

Remove ads

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads