Kristofer Riv

From Wikipedia, the free encyclopedia

Kristofer Riv
Remove ads

Kristofer Riv (ing. Christopher D'Olier Reeve; 25 sentyabr 1952 – 10 oktyabr 2004) — ABŞ aktyoru.[5][6]

Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Remove ads

Həyatı

Riv 25 sentyabr 1952-ci ildə New York şəhərində anadan olub. Christopher Reeve, 1978–1987 arasında dörd dəfə çəkilən Superman film seriyasında Clark Kent rolunu, daha sonra isə fövqəladə güclərə sahib Xalq Qəhrəmanı Superman rolu ilə tanınır.[7]

Reeve, 1992-ci ilin aprelində Dana Morosini ilə evləndi. Bu evlilikdən William adlı bir oğlu var idi. Reeve'nin əvvəlki münasibətlərindən 2 övladı (Matta və Aleksandra) var.

Riv 27 may 1995-ci ildə Virginia ştatının Culpeper şəhərində keçirilən bir atçılıq yarışında atdan yıxıldı və iflic oldu. Qəzadan sonra əlil arabasında yaşamaq məcburiyyətində qaldı və ömrünün sonuna qədər nəfəs almaq üçün portativ bir ventilyatora ehtiyac duydu. Onurğa beyni zədələnmələri ilə insan embrion kök hüceyrə araşdırması üçün lobbiçilik etdi, Christopher Reeve Vəqfi və Reeve-Irvine Araşdırma Mərkəzini qurdu.[8]

Qəzadan sonra bütün pərəstişkarlarının dəstək mesajları illərlə həyata bağlı olsa da, televiziya müsahibəsində bəzən intihar etməyi düşündüyünü bildirdi.

Əlil arabasına bağlı olduqdan sonra qatıldığı görüşlər və qurduğu təməl ilə kök hüceyrə təcrübələrini dəstəklədi və bu təcrübələrdə istifadə üçün milyonlarla dollar topladı. Qəzadan illər sonra, müalicəsi zamanı istifadə edilən bir antibiotikin təsiri nəticəsində komaya düşdü. Reeve 10 oktyabr 2004-cü ildə, 52 yaşında vəfat etdi.[9][10] Cənazəsi Nyu-Yorkdakı Ferncliff Qəbiristanlığında yandırıldı.[11]

Remove ads

Filmoqrafiya

  • Love of Life — (1974–1977)
  • Gray Lady Town — (1978)
  • Superman: The Movie — (1978)
  • Somewhere in Time — (1980)
  • Superman II — (1980)
  • Deathtrap — (1982)
  • Monsignor — (1982)
  • Superman III — (1983)
  • The Bostonias — (1984)
  • The Aviator — (1985)
  • Street Smart — (1987)
  • Superman IV: The Quest for Peace — (1987)
  • Switching Channels — (1988)
  • Noises Off — (1992)
  • The Raimans of the Day — (1993)
  • Morning Glory — (1993)
  • Speechless — (1994)
  • Village of the Damned — (1995)
  • Above Suspicion — (1995)
  • Without Pity — (1996)
  • A Step Toward Tomorrow — (1996)
  • Rear Window (tv) — (1998)
  • Christopher Reeve: Hope in Motion — (2002)
  • Smallville — (2003–2004)
  • Christopher Reeve: Choosing Hope — (2004)
  • The Brooke Ellison Story — (2004)
  • Everyone's Hero — (2006)
  • Superman II: The Richard Donner Cut — (2006)
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads