Loeb Classical Library

From Wikipedia, the free encyclopedia

Loeb Classical Library
Remove ads

Loeb Classical Library ("Lyobov seriyası") — hal-hazırda Harvard University Press tərəfindən nəşr olunan, qədim Yunan və Latın ədəbiyyatının ən məşhur əsərlərini təqdim edən bir kitab seriyası. Bu seriyanın məqsədi antik mətnləri mümkün olan ən geniş auditoriyaya təqdim etməkdir. Hər bir kitabda ingilis dilinə paralel tərcüməsi olan orijinal Yunan və ya Latın mətni vardır.

Cəld faktlar Orijinalın dili, Nəşriyyat ...
Thumb
Loeb Classical Library seriyasındakı Senekanın "Mübahisələr" toplusunun üz qabığı

"Lyobov seriyası"-nda nəşr olunan kitabların görünüşünün özəlliyi, yunan müəlliflərin əsərlərinin yaşıl örtük altında, Latın kitablarının qırmızı bir kitab altında nəşr edilməsidir.

Seriya, alman əsilli amerikalı bankir (yəhudi əsilli) Ceyms Lyob[1] (1867-1933) tərəfindən düşünülmüş və maliyyələşdirilmişdir. Kitabxananın birinci cildi 1912-ci ildə nəşr olundu.

2014-cü ilin sentyabr ayında kitabxananın 520 cilddən ibarət rəqəmsal seriyası nəhayət tamamlandı.

2021-ci ilin yanvar ayına olan məlumata görə, cəmi 546 cild nəşr edilmişdir.

Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads