Makrin

Roma imperatoru From Wikipedia, the free encyclopedia

Makrin
Remove ads

Makrin (lat. Marcus Opellius Macrinus; 164[1][2] və ya 165[3][4][…], Şərşal218[1][2][…], Kappadokiya, Mərkəzi Anadolu regionu) — Sever sülaləsinə mənsub[5] Roma imperatoru.

Cəld faktlar Roma imperatoru, Əvvəlki ...
Remove ads

Bioqrafiyası

O, Afrika mənşəli Roma imperatorlardından biridir.[6] O, 165-ci ildə indiki Əlcəzair ərazisində dünyaya gəlib. İmperator Karakallanın ölümündən sonra özünü imperator elan etdi. İnsanların çoxu əsəbi və rəhmsiz Karakallanın ölümünə sevindiklərindən Makrinin özünü imperator elan etməsinə qarşı çıxmadılar. Makrin sələfindən fərqli olaraq özünü mərhəmətli imperator kimi göstərməyə çalışmış, hərbçilərə verilən cəzaları yüngülləşdirmişdi. Hakimiyyətə yenidən yiyələnmək istəyən Karakallanın qohumları Vari Avit Bassianı (Helioqabal) onun qeyri-qanuni oğlu olduğu söz-söhbətini yaymağa başladılar. Karakallaya sadiqliyi ilə seçilən legionerlər bu söz-söhbətlərə reaksiya verərək Helioqabalı imperator elan etdilər.[6] Bundan sonra Makrin üçün vəziyyət olduqca pisləşdi. O, günbəgün dəstək itirməyə başladı və nəhayət düşmənləri ilə indiki Antakya ərazisində üzləşmə qərarına gəldi. 218-ci ildə baş verən döyüşdə Makrin məğlub olaraq döyüş meydanından qaçdı. Lakin bir müddət sonra düşmənləri tərəfindən yaxalanaraq öldürüldü.[7]

Remove ads

Populyar mədəniyyətdə

Onu "Qladitor 2" filmində Denzel Vaşinqton canlandırmışdır.[7]

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads