Matvey Radayev

From Wikipedia, the free encyclopedia

Matvey Radayev
Remove ads

Matvey İvanoviç Radayev (rus. Матвей Иванович Радаев; 11 noyabr 1937, İvanovka, İsmayıllı rayonu14 fevral 1993) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini (1991–1992), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1989–1991).

Cəld faktlar Prezident, Baş nazir ...
Remove ads

Həyatı

Matvey İvanoviç Radayev 1937-ci il noyabrın 11-də İsmayıllı rayonunun İvanovka kəndində kolxozçu ailəsində anadan olmuşdur. Ailədə dörd qardaşın ən böyüyü idi. Orta məktəbi bitirdikdən sonra Kirovabadda (hazırkı Gəncə) Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Əmək fəaliyyətinə doğulduğu kəndində aqronom kimi başlamış, eyni zamanda Kalinin adına kolxozun komsomol təşkilatının katibi seçilmişdir.[1]

1963-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yeni yaradılmış kənd təsərrüfatı şöbəsinin təlimatçısı, daha sonra isə bölmə müdiri təyin edilmişdir. 1967-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin ikinci katibi, 1971-ci ildə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin ikinci katibi vəzifəsinə təyin edilmiş, 1978-ci ilə qədər burada işləmişdir. Bu illərdə qiyabi olaraq Sov.İKP Mərkəzi Komitəsi yanında Qiyabi Ali Partiya Məktəbini[rus.] bitirmişdir.[2]

1978-ci ildə Matvey Radayev Azərbaycan SSR meliorasiya və su təsərrüfatı nazirinin müavini təyin edilmiş, 1982–1986-cı illərdə isə Yəməndə işləmişdir. 1986–1987-ci illərdə Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsi sədrinin müavini, 1987-ci ildən "Azərpambıqsənaye" İstehsal Birliyinin rəisi işləmişdir. 1989-cu ilin yanvar ayından noyabr ayınadək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, noyabr ayından isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.[1][3]

Matvey Radayev 1962-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin VIIIIX çağırış deputatı seçilmişdir.[2] Üç "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.[3]

Matvey Radayev 1960-cı ildə Belyakova Tatyana Vasilyevna ilə evlənmiş və 1961-ci ildə Tatyana adlı qızı, sonralar isə Viktor və Vladimir adlı iki oğlu doğulmuşdur.[1]

1993-cü il fevralın 13-də Azərbaycan rayonlarından birində ezamiyyətdə olarkən Matvey Radayev ürək çatışmazlığından vəfat etmişdir. Doğulduğu İvanovka kəndində dəfn edilmişdir.[1]

Remove ads

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads