Nauru

From Wikipedia, the free encyclopedia

Nauru
Remove ads

Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövlətdir. Ada-dövlətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşall Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir. Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət, Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir. Bu ölkə həm də VatikanTuvaludan sonra ən az əhaliyə malik dövlətdir.

Cəld faktlar Rəsmi dilləri, Paytaxt ...

Nauru ilk olaraq ən az 3000 il əvvəl MikroneziyaPolineziyalılar tərəfindən məskunlaşma yeri olaraq istifadə edilmişdir. Keçmişdə Nauru üzərində 12 qəbilə var idi və indi rəsmi bayraqlarındakı 12 bucaqlı ulduz da bu qəbilələri təmsil edir.

Nauru iqtisadiyyatı, 1980-ci illərin əvvəllərində yüksəlmişdir. Nauru'da dəniz quşlarının nəcislərində ibarət guano ehtiyatları mövcuddur və bu ehtiyatlar fosfatkalium baxımından zəngindir. Nauru iqtisadiyyatı bu guano ehtiyatlarına bağlıdır. Əhəmiyyətli ehtiyaclar idxal edilir. Kiçik ölçülü mədənçilik hələ Nauru fosfat Şirkəti olaraq bilinən RONPhos tərəfindən edilməkdədir.

Remove ads

Tarixi

Nauruya ilk məskunlaşma Mikronezyalılar və ya Polinezyalılar tərəfindən ən az 3000 il əvvəl edilmişdir. Ənənəvi olaraq Nauruda 12 qəbilə mövcuddur və bu qəbilələr ölkənin 12 ulduzu olan bayrağında təmsil edilir. Naurulular soy ağaclarını anasoyluluk əsasında çıxarırlar.

Coğrafiyası

Nauru Sakit Okeanın cənub-qərbində oval formalı adadır, sahəsi 21 kvadrat kilometrdir. Ekvator xəttindən 42 kilometr (26 mil) cənubda yerləşir. Ada mərcan rifi ilə əhatə olunub, hansı ki, adada bir dəniz limanının yaradılmasına imkan vermir. Buna baxmayaraq rifdə olan kanallar vasitəsiylə kiçik qayıqlarla adaya getmək mümkündür. Adada ən yüksək nöqtə Command Ridge adlanır və dəniz səviyyəsindən 71 metr hündürlükdədir.

Remove ads

İnzibati ərazi bölgüsü

Nauru 14 inzibati bölgəyə bölünür. Ən çox əhalisi olan Denigomodu bölgəsidir (1,804 nəfər).

Əlavə məlumat N, Bölgə ...

Mədəniyyəti

İdmanı

İqtisadiyyatı

Əhalisi

Naurunun qarışıq əhalisi naurululardan (58%) ibarətdir. Əhalinin 26 %-i digər Okeaniya adalarından gəlmişdir , çinli və avropalılar hər biri 8 % təşkil edirlər.

Din

Ölkədə rəsmi din Xristian dinidir. Xristianların 3-də 2-si Protestant, qalanı isə Katolikdir. Bundan başqa Naurunun 8 %-i Buddist, 2 %-i isə müsəlmandır.

Şəkillər

Thumb
Nauru Anibar körfəzi
Thumb
Nauru Parlament binası

Mənbə

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads