Oda
From Wikipedia, the free encyclopedia
Remove ads
Oda — lirik şeir[1] və musiqi janrı. Bir şəxsin, yaxud mühüm, təntənəli hadisənin şərəfinə yaradılan şeir, mahnı.
Qədim Yunanıstanda və Romada yaranmış (Pindar, Horatsi, Ovidi), klassizm dövründə Qərbi Avropada geniş yayılmışdı. M.B.Lomonosov, Q.R.Derjavin, A.N.Radişşev, K.F.Rıleyev, A.S.Puşkin və başqa rus şairləri vətəndaşlıq ruhlu odalar yazmışlar.
XIX–XX əsrlər poeziyasında oda janr kimi tədricən aradan çıxmış, sovet şeirində ara-sıra işlənmişdir (V.Mayakovski və başqaları).
Yaxın və Orta Şərq, eləcə də Azərbaycan ədəbiyyatındakı qəsidə odaya yaxındır.
XVII əsrdən Qərbi Avropa ölkələrində saray şənlikləri, hər hansı təntənəli hadisənin, yaxud əyanın şərəfinə yazılmış vokal-instrumental əsər də oda adlanmışdır. İngiltərədə (H.Pörsell, G.Hendel), Almaniyada (İ.Bax, L.Bethoven) kantataya yaxın odalar yaranmışdır. Sonralar müxtəlif heyətlər, o cümlədən xalis instrumental heyət üçün odalar yazılmışdır (F.List, J.Bize, İ.Stravinski, S.Prokofyev və başqaları).
Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, R.Mustafayev, Emin Sabitoğlu və başqalrının odaları var.
Remove ads
Ədəbiyyat
- Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.324
- Державин Г., Рассуждение о лирич. поэзии или об оде, Сочинения, т. 7, СПБ, 1872;
- Гуковский Г., Из истории русской оды XVIII века, в кн.: Поэтика, т. 3, Л., 1927;
- Тынянов Ю., Ода как ораторский жанр, в его кн.: Архаисты и новаторы, Л., 1929.
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads