Polett Qoddar
From Wikipedia, the free encyclopedia
Remove ads
Polett Qoddar (ing. Paulette Goddard) — ABŞ aktrisası və prodüser.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Remove ads
Həyatı
Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur.
O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir.
Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.
Qoddarın növbəti işi "Paramount Pictures" kino şirkəti ilə olur. Bu şirkətlə müqavilə bağlayan Polett az sonra növbəti filminə çəkilir. 1939-cu ildə çəkilən bu filmin adı "Pişik və bülbül" adlanırdı.
Onun ən məşhur rolları Çarli Çaplinin çəkdiyi "Yeni zamanlar" (1936) və "Böyük diktator" (1940) filmlərdə olmuşdur. Məşhur "Küləklə sovrulanlar" filmində Skarlett O'Hara rolunu Polett ifa etməli idi [2]. Lakin Çaplinlə olan nikahının qeydiyyatının qeyri-müəyyən olması ilə bağlı müqavilə ləğv olunmuşdur.
"Böyük diktator" filminin uğurundan sonra elə həmin ildə (1940) Fred Estayrın "İkinci xor" müziklində çəkilir. Bu musiqili filmdə Polett əsas qadın rolunda çıxış edirdi. Polett Qoddar ilk və yeganə "Oskar"ını 1944-cü ildə almışdır.
1936-1942-ci illərdə Çarli Çaplinin, 1958-1970-ci illərdə isə Erix Mariya Remarkın həyat yoldaşı olmuşdur.
1950-ci illərdə onun karyerasında durğunluq yaranmışdır. 1958-ci ildə o, Remarka ərə gedir və onlar birlikdə İsveçrəyə köçürlər.
Polett Qoddar 1990-cı ildə 80 yaşının tamam olmasına 2 ay qalmış İsveçrədə vəfat etmişdir.
Remove ads
Filmoqrafiya
Remove ads
İstinadlar
Şəkilləri
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads