Qönçəbəyim

Azərbaycan şairəsi From Wikipedia, the free encyclopedia

Qönçəbəyim
Remove ads

Qönçəbəyim və ya Qönçəbəyim Naxçıvanskaya (1827, Naxçıvanbilinmir) — Naxçıvan xanları ailəsindən olan Azərbaycan şairəsi. Naxçıvanın sonuncu xanı olan Ehsan xanın qızıdır.[1]

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyat və yaradıcılığı

"Naxçıvanın sonuncu xan"ı olan Ehsan xanın qızıdır. 1827 ildə Naxçıvanda açılmış rus məktəbinə daxil olmuş, rusfars dillərini öyrənmiş, Şərq ədəbiyyatına maraq göstərmişdir. "Qönçeyi-ülfət" ədəbi məclisinin iştirakçılarından olmuşdur. "Bəyim" təxəllüsü ilə lirik şerlər yazmışdır. "Şahzadə İbrahim" dastanına daxil edilən və Bəyimin dilindən deyilən şerlərin bir qisminin ona aidliyi ehtimal olunur. Ehsan xanla tanış olan gürcü şairi Nikolaz Barataşvili Naxçıvanda ikən onunla görüşmüş (1845), yaradıcılığı ilə maraqlanmış, ona şeir həsr etmiş ("Qoncabəyimin nəğməsi"), bir şerini gürcü əlifbası ilə köçürərək, tərcümə olunmaq üçün Tiflisə göndərmişdi. O, həmin şerin məclislərdə oxunması üçün xanəndə Səttara və şəkili Cəfərə verilməsini məsləhət görmüşdü. İ.K.Yenikolopovun yazdığına görə, Barataşvilinin ondan tərcümə etdiyi bir şeri xanəndə Səttar gürcü dilində ifa edirmiş.[2][3][4]

Remove ads

Ailəsi

Xanlığın Rusiya tərəfindən işğal edilməsindən sonra ailə soyadını Naxçıvanski olaraq dəyişdirmişdir. Qönçəbəyim xanımın iki qardaşı İsmayıl xan NaxçıvanskiKəlbəli xan Naxçıvanski Rusiya imperiyasınnı məşhur generallarından olmuşdurlar. Həmçinin bu qardaşların bir neçə övladı da hərbçi olmuşdur. Bunlardan ən məşhuru isə Hüseyn xan Naxçıvanskidir.[5]

Naxçıvanskilər

Kəlbəli xan Kəngərli
 
 
Ehsan xan Kəngərli
(1789—1846)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Thumb
İsmayıl xan
Naxçıvanski

(1819—1909)
Thumb
Kəlbəli xan
Naxçıvanski

(1824—1883)
Thumb
Qönçəbəyim
(1827—?)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ehsan xan
Naxçıvanski

(1855 — 1894)
 
Thumb
Cəfərqulu xan
Naxçıvanski

(1859—1929)
Thumb
Hüseyn xan
Naxçıvanski

(1858-1919)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kəlbəli xan
Naxçıvanski

(1891—1931)
 
Thumb
Cəmşid
Naxçıvanski

(1895—1938)
Davud xan
Naxçıvanski

(?—1934)

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads