Qəşəm Nəcəfzadə

Azərbaycan şairi və yazıçısı From Wikipedia, the free encyclopedia

Qəşəm Nəcəfzadə
Remove ads

Qəşəm Nəcəfzadə (tam adı: Qəşəm Mirzə oğlu Nəcəfov; 1 aprel 1959, Əliqullar, İmişli rayonu) — Azərbaycan şairi, yazıçısı və jurnalisti.

Cəld faktlar Təxəllüsü, Doğum tarixi ...

O, 2018-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" adına layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, "Uşaq ədəbiyyatı" şöbəsinin rəhbəri, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri, Azərbaycan Respublikası Audiovizual Şurasında ekspert, Azərbaycan Dövlət televiziyasında redaktor və aparıcı və Azərbaycan Teleradio Akademiyasında müəllimdir.

O, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə", "Milli kitab", Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq " Rəsul Rza", "Tofiq Mahmud" mükafatları laureatıdır. O, 2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Poeziya Festivalında iştirak edib.

Remove ads

Həyatı və fəaliyyəti

Qəşəm Nəcəfzadə 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, Təfəkkür və Slavyan unversitetlərində baş müəllim işləyib. Şair dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə şairin dövrü mətbuatda, internet saylarında 300 — dən çox koşə yazısı dərc edilib. 2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub.

2023-cü ildə birinci vitse-prezidentHeydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ona ev verilib.[1] Eyni ildə onun Heydər Əliyevə həsr etdiyi "İki iyirmi üç arasında" pyesi Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib.[2]

Remove ads

Mükafatları

  • 2007-ci ildə şeirləri beynəlxalq "Rəsul Rza" mükafatına layiq görülüb.
  • Şair uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin "Tofiq Mahmud adına mükafat"ına layiq görülüb.
  • 2016-cı ildə Milli kitab mükafatına layiq görülüb.
  • 2017-ci ildə Qızıl kəlmə mükafatına layiq görülüb.
  • 27 may 2018-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[3]
  • 2022-ci ildə Turan Birliyi Ordeni ilə təltif edilib.
Remove ads

Yaradıcılığı

Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında müntəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib.[4]

Şairin indiyə kimi 40 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Şairin Hollandiyada ingilisholland, Tehranda farsAzərbaycan (ərəb qrafikası ilə), Türkiyədə türkKolumbiyada ispan və başqa ölkələrdə 18 kitabı müxtəlif dillərdə nəşr olunub.[mənbə göstərilməlidir]

Tənqidçilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir.[5]

Əsərləri

  1. "Sevginin sonunu deməyin mənə" Bakı, Yazıçı-1990
  2. "Yatmış dəniz şəkli" Bakı, Gənclik-1991
  3. "Bir gəlin dalğa ilə yan-yana"Bakı, Göytürk-1994
  4. "Gülümsəyən ağac" Bakı, Göytürk-1995
  5. "Şeirimin bəxti" Bakı, Göytürk-1995
  6. "Sevmək istəyirəm təzədən" Bakı, Göytürk-1996
  7. "Sarı sim" Bakı, Göytürk-1997
  8. "Sən yadıma düşəndə" Bakı, Qanun-1997
  9. "Özümə doğru" Bakı, Azərnəşr-1998
  10. "Ömür kitabıma düzəliş" Bakı, Azərnəşr- 2001
  11. "Və sairə" Bakı, Nurlar-2004
  12. "The Evening Stories"(Axşam hekayələri) ingilis dilində. Bakı, Şəms-2007
  13. "Prebraşenie" (Çevrilmə) Rus dilində. Bakı, Araz-2007
  14. "EENWORDING" (Birləşmə) Holland dilində. Hollandiya-2007
  15. "SKETCHES OF PRISON" (Həbsxana etüdləri) İngilis dilində. Hollandiya-2007
  16. "Qadının ölümü" Bakı, Vektor-2008
  17. "Savaş, ayakkabı, ölüm" Ankara. Bengü-2008
  18. Ölülər bizə gülür" Tehran-2008
  19. "Oğlum qapını aç, qapıda bir külək ölür" Şirvannəşr- 2009
  20. "Barmaqların öpüşü" fars dilində Tehran-2009
  21. "Şeirin içindəki adam" esselər, məqalələr, Bakı, yazıçı- 2010
  22. "Adı Qəşəm" Veqktor — 2014.
  23. "Vecernie luyidi" Moskva – 2014
  24. "Bir dəli şeytan deyir"- Tehran 2015
  25. "Çiçəkli xalça" şeirlər şeirlər Teas Press 2018
  26. "Barış" şeirlər Bakı "Elm və Təhsil" 2019
  27. "O qara əyri bulud" hekayələr "Elm və Təhsil" 2019
  28. "Suyu seyr edən ağacın yuxusu" esselər "Elm və Təhsil" 2019
  29. "Səhərlərin bir səhəri" şeirlər Gürcü dilində Tbilisi 2019
  30. Əllərimin uçuşu" şeirlər rus dilində Moskva 2019
  31. "Mənə bir məktub yaz" şeirlər ingilis dilində Moskva 2019
  32. "Bir çiçək oğlanın səsi" şeirlər Fransız dilində Moskva 2019
  33. "Mənim çiçəyim öldü" şeirlər İspan dilində Moskva 2019
  34. "Ayaqqabılar ən kədərli şəkildir" şeirlər holland dilində Moskva 2019
  35. " Gəncə soneti" 2023
  36. "Ölüm o dünyada qaldı" 2021
  37. "Şuşa qalxıb ayağa" 2023
  38. "Yerdən aşağı göydən yuxarı"…2021
  39. "Və ya" şeirlər −2023
  40. "Gün əyiləndə" şeirlər −2023
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads