Qal Qadot
İsrail aktrisası, və modeli; Miss Israel 2004 From Wikipedia, the free encyclopedia
Remove ads
Qal Qadot Varsano (ing. Gal Gadot Varsano; ivr. גל גדות; 30 aprel 1985[1], Petah-Tikva, İsrail[2]) — İsrailli aktrisa, istehsalçı və maneken. 30 aprel 1985-ci ildə Petax-Tıkvada anadan olmuşdur. 18 yaşında Miss Israel yarışmasında qələbə qazanmışdır. 2 il müddətində İsrail Silahlı Qüvvələrində məcburi hərbi xidmət keçmişdir. Forsaj film seriyasında canlandırdığı Gisel Yaşar və DC Comics filmlərində canlandırdığı Ecazkar Qadın rolları ilə tanınır.
2004-cü ildə Miss Israel (İsrail Gözəli) seçilərək həmin il Miss Universe-də (Kainat Gözəllik Yarışması) İsraili təmsil etmişdir. Ardınca iki il İsrail Silahlı Qüvvələrində savaş müəllimi olaraq əsgərlik etdi. Modellik və aktrisalıq karyerasına başlamadan əvvəl IDC Herzliya-da universitet təhsilinə başladı.
2018-ci ildə Time jurnalı Qadotu dünyanın ən təsiredici 100 şəxsindən biri olaraq seçdi və dünyanın ən baha aktrisaları arasında yer aldı.[8][9]
Remove ads
Həyatı
Qal Qadot İsrailin Petax-Tıkva şəhərində anadan oldu və Roş-Hayin şəhərində böyüdü.[10] Adının mənası ivritcə "dalğa", soyadı isə "göl sahili" mənasını verir. Anası və atası İsraildə doğulsalar da,[10] keçmiş ataları Avropadan köçmüş yəhudilərdir. (Qal Qadot ailəsinin keçmişindən danışanda ailəsinin 1/4 polyak, 1/4 avstraliyalı, 1/4 alman və 1/4 çex olduğunu deyir.)[11]
İsrail Silahlı Qüvvələrində əsgər olaraq iki il xidmət etmişdir. Özündən danışanda "Məncə Castin Linin diqqətini çəkməyimin səbəbi orduda xidmət etməyim və Linin silahlar haqqındakı məlumatımı istifadə etmək istəməsidir." deyir.[10] Forsajdakı rolundan danışanda "Güclü qadınlar üçün lazımi qədər rol yoxdur. Daha çox qadın ssenarist olmağını istəyirəm. Günümüzdəki filmlərdə gördüyümüz çox qadın rolu "qəlbi qırılmış yazıq qızlar"dır. Forsajdan buna görə qürur duyuram. Özümü Gisel kimi hiss etdirir."[12]
Remove ads
Karyerası
Model

2008-ci ildən bu yana Castronun öndə gedən modellərindən biridir. Bundan başqa Captain Morgan, Vine Vera və Jaguarın beynəlxalq kampaniyalarında yer aldı. Cosmopolitan, Bride Magazine və FHM-də baş səhifədə yer almışdır. 2013-cü ildə modellikdən qazandığı pul milyon şekelə çatmışdı. Esti Qizburq, Liraz Dror və Şiloh Malka kimi məşhurlardan irəlidə olmasına baxmayaraq böyük fərqlə Bar Rafaelidən geridə qaldı.[13]
19 yaşında 2004 İrail Gözəllik Yarışmasına qatılıb qazandı. Ardınca İsraili təmsil etmək üçün Miss Universe-yə qatıldı. Amma ilk 15 içərsində yer tuta bilmədi. 19 yaşında İsrail Ordusunda xidmətə başladı. Orduda xidmət etdiyi müddətdə model olaraq da işlədi.[14] Sonradan başladığı universitetdə hüquq oxuyarkən Quantum of Solace-də yer alacaq Bond qızı "Kamilli Montis" rolu üçün edilən seçimlərə dəvət edildi. Bunun sonunda isə aktyor idarəçisi tərəfindən Forsaj 4 filmi üçün seçildi. 2007-ci ildə Maxim-də "İsrail ordusundakı qadınlar" mövzulu işlərdə yer aldı. 2012 aprel ayında Shalom Life-də yayımlanan "Dünyadakı ən bacarıqlı və möhtəşəm 50 yəhudi qadın" siyahısında model Bar Rafaeli və aktrisa Yeva Qrindən sonra 5-ci yeri tutdu.[15]
Aktrisa

2008-ci ildə İsrail serialı olan Bubot-da yer aldı. Altı aktyoru geridə saxlayaraq Forsajın dördüncü filmində Cisel Yaşar rolunu canlandırdı.[16] 2010-cu ildə Gecə və Gündüz filmində kiçik rol aldı.[17] 2011-ci ildə Forsaj 6-da təkrar rol aldı və rolu üstü bağlı formada öldürüldü. DC Comics 2013 dekabr ayında Qal Qadot ilə Betmen Supermenə qarşı: Ədalətin şəfəqi filmində və gələcək davam filmləri içində yer alacaq Ecazkar Qadın rolu üçün müqavilə imzaladıqlarını açıqladı.[18][19][20]
Remove ads
Yarışmalar
Şəxsi həyatı
Forsajın çəkilişləri davam edərkən 28 sentyabr 2008-ci ildə israilli iş adamı və əmlakçı Ceron Varsano ilə evləndilər.[21] 2011 noyabr ayında Alma adlı qızı oldu. 2017-ci ildə isə 2 qızları anadan oldu.
Qadot və həyat yoldaşı Varsano Təl-Əvivdə şirkətinə kömək etdiyi bir butik hotelə sahibdi.[22] Otellərini 2015-ci ildə 26 milyon dollara Roman Abramoviçə satdılar.[23]
Qadot 2014 İsrail-Qəzza savaşı vaxtında Feysbuk-da özünün və qızının İsrail Silahlı Qüvvələrinə dəstək üçün dua etdiyi şəkilini paylaşdı. Sürətli formada 200 mindən çox bəyənmədən başqa həm dəstək, həm də tənqid dolu 15 mindən çox rəy aldı.[24][25]
"İsrailli vətəndaşlarıma sevgilərimi və dualarımı göndərirəm. Xüsusilə qadınların və uşaqların arxasında qorxaq kimi gizlənən Həmasın etdiyi qorxunc hərəkətlərə qarşı ölkəmi qorumaq üçün canlarını riskə atan bütün qız və oğlan uşaqlara… Biz buna qalib gələcəyik!!!
Qadot 12 may 2021-ci ildə 2021 Fələstin-İsrail savaşları zamanı ana vətəni İsrailə dəstəyini ifadə etdiyi və Fələstindən adından çox "qonşu" olaraq bəhs etdiyi üçün tənqid edilən İnstagram açıqlaması etdi.[26]
Remove ads
Filmoqrafiya

Film
Televiziya
Remove ads
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads