Robert Huk

From Wikipedia, the free encyclopedia

Robert Huk
Remove ads

Robert Huk (ing. Robert Hooke 18 (28) iyul 1635[1][2][…]3 (14) mart 1703[1][2][…], London, İngiltərə krallığı[3]) — ingilis təbiətşünası, ensiklopedisti, eksperimental fiziki. Onun adı daha çox Huk qanunu ilə xatırlanır.

Cəld faktlar Doğum tarixi, Vəfat tarixi ...
Remove ads

Bioqrafiya

Robert Huk ruhani ailəsində dünyaya gəlmiş, atası onun ruhani olmasını istəsə də oğlunun sağlamlığının zəifliyi və onun mexanikaya marağını nəzərə alaraq saatsaz olmasına qərar verir. Uestminsterdə məktəbə gedir. 1653-cü ildən Oksfordda oxumağa başladı. Burada o, 1655 ci ildə Robert Boyl ilə tanış olur, birlikdə hava nasosunu icad edirlər. 1662 ci ildə London Kral Cəmiyyətinə üzv seçilir və ölümünədək fizika şöbəsinin kuratoru olur. 1677 və 1682 ci illərdə cəmiyyətin katibliyinə təyin edilir. 1665 ci ildə Qreşam kollecinin həndəsə üzrə professoru seçilir. Həmin ildə o özünün məşhur Mikroqrafiya əsərini dərc edir. Bu əsərdə icad etdiyi iki linzalı mikroskopu ilə müşahidə və tədqiqatlarını göstərmiş və ilk dəfə bitki toxumasının hüceyrədən təşkil olunduğunu söyləmişdir.

Remove ads

Kəşf və icadlar

İlk dəfə olaraq Robert Huk hüceyrəni kəşf etmişdir. 1665-ci ildə bioloji toxumanın – lat. Quercus suber ağacından hazırlanmış tıxacın (probkanın) nazik kəsiyinə özü tərəfindən təkmilləşdirilmiş mikroskop altında baxarkən, tıxac kəsiyinin çoxlu sayda hücrəciklərdən ibarət olduğunu görmüş və onlara ing. cellhüceyrə adı vermişdır. XVII əsr tədqiqatları bitkilərin hüceyrəvi quruluşa malik olmasını aşkarlasa da hüceyrənin öz quruluşu haqqında heç bir məlumata malik deyildir.

Remove ads

Mənbələr

Xarici keçidlər

Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads