Ronald Saym
From Wikipedia, the free encyclopedia
Remove ads
Ronald Saym (ing. Ronald Syme; 11 mart 1903[1][2][…], Eltham[d][3] – 4 sentyabr 1989[1][2][…], Oksford[4][3]) - Yeni Zelandiya mənşəli Britaniya tarixçisi.
Remove ads
Həyatı
Ronald Saym Yeni Zelandiyada çox da böyük olmayan Elhem şəhərində anadan olmuşdur. Oklend universitetində, Bellinqtonda Viktoriya universitetində, sonralar isə Oksford universitetində ali təhsil almışdır.
1944-cü ildən Britaniya Akademiyasının üzvü, 1949-cu ildən Oksford universitetinin qədim tarix üzrə professoru olmuşdur. 1976-cı ildə Böyük Britaniyanın Xidmət ordeni ilə təltif olunmuşdur.
Ronald Saym özünün əsas əsəri olan - «The Roman Revolution» (1939) əsərində e.ə. I əsrin II yarısı - b.e.-nın I əsrinin əvvəllərində qədim Roma siyasətində və cəmiyyətində baş verən struktur dəyişiklikləri inqilab kimi qiymətləndirmişdir. (Kitabın adı buradan yaranmışdır). Saym bu əsərində qədim Roma tarixində mühüm rol oynayan ailələrin və nəsillərin (Ssipionlar, Metellər və sair) həyat yolunu təhlil edərək bu nəticəyə gəlmişdir ki, həmin dövrdə senatda yeni, əsilzadə olmayanlar daha çox üstünlük təşkil edirdilər.
Remove ads
Əsas əsərləri
- The Roman Revolution (1939) — электронная версия на archive.org
- Tacitus, 2 vols (1958)
- Sallust (1964)
- Ammianus and the Historia Augusta (1968)
- Emperors and Biography (1971)
- Roman Papers, 9 vols (1979—1991)
- The Augustan Aristocracy (1986)
- Anatolica: Studies in Strabo (1995)
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads