S-125
From Wikipedia, the free encyclopedia
Remove ads
S-125 zenit raket kompleksi (ZRK) – Sovet istehsalı yer-hava tipli, yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilmişdir.
Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulmuşdur. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir.
S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir.
1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir.
İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilmişdir.
S-300 raket komplekslərinin yaranması ilə bir çox köhnə modelli S-125 sistemləri istifadədən çıxarılır. Köhnə sistemləri xaricə satmaq üçün onları təkmilləşdirmək qərarına gəlinir. Bu məqsədlə 2000-ci ildə hazırlanmış "Peçora-2" sistemi daha uzaq məsafədən eyni zamanda bir neçə hədəfi yüksək dəqiqliklə vurmaq imkanı verir. Atıcı qurğu yük avtomobilinə quraşdırılır, bu da ona qısa zamanda yerini dəyişməyə imkan verir. Peçora-2 sistemini həm də qanadlı raketlərə qarşı tətbiq etmək olur.
Remove ads
Taktiki-texniki göstəriciləri
Remove ads
Hərbdə tətbiqi
1970-ci ilin iyun-iyul aylarında Misirdə tətbiq olunan S-125 raketlərinin köməyi ilə 17 atəşlə (35 raket) 9 təyyarə vurulmuş və 3-ü zədələnmişdir.[1]
1973-cü ildə Suriyada mövcud olan hərbi münaqişədə 43 təyyarə vurulmuş, 5 divizyon məhv edilmişdir.
Yuqoslaviyada NATO qoşunlarına qarşı döyüşlərdə tətbiq olunan S-125 "Peçora" ilə stels texnologiyasına sahib olan F-117 döyüş təyyarəsi vurulmuşdur.
Kosovo müharibəsi zamanı 2 may 1999-cu il tarixində Yuqoslaviya HHM qoşunlarına məxsus S-125 vasitəsilə NATO qoşunlarına məxsus F-16 döyüş təyyarəsi vurulmuşdur.[2]
Remove ads
İstifadəçiləri

Hazırkı istifadəçilər
Azərbaycan: Peçora-2TM variantı. Belarusun "Tetraedr" şirkəti tərəfindən modernizasiya edilib.[3]
Əlcəzair[4]
Ermənistan
Anqola
Bolqarıstan
Birma
Kuba
Misir[5]
Efiopiya
Gürcüstan
Hindistan
Liviya
Moldova
Monqolustan[6]
Mozambik
KXDR[7]
Peru
Polşa
Serbiya
Suriya
Cənubi Sudan
Tanzaniya
Türkmənistan
Qazaxıstan: Peçora-2TM[8]
Ukrayna[9]
Venesuela: Peçora-2M[10]
Vyetnam: Peçora-2TM[11]
Yəmən
Uqanda
Zambiya
Keçmiş istifadəçilər
SSRİ
Yuqoslaviya
Əfqanıstan
Kamerun: 2005-ci ildə silahlanmadan çıxarılıb.
Çexoslovakiya
ADR
Ekvador
Finlandiya: 1990-cı illərdə silahlanmadan çıxarılıb.
Macarıstan: 1978–1995-ci illər aralığında istifadə olunub.[12]
İraq
Rumıniya
Rusiya: 1990-cı illərdə silahlanmadan çıxarılıb.
Somali
Slovakiya: 2001-ci ildə silahlanmadan çıxarılıb.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads