Teistik satanizm

From Wikipedia, the free encyclopedia

Teistik satanizm
Remove ads

Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə[a] hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir.[4]

Thumb
Lusifer möhürü "Grimorium Verum" qrimuarından götürülmüş 1999-cu ildə Maykl Ford tərəfindən yazılmış "Cadugər ayı kitabı",[1] daha sonra isə "Lusifer fəlsəfəsi" və "Fosforun əmri" kitablarında istifadə edilmişdir. Möhür 2007-ci ildə Ağsaqqallar kilsəsinin əsas simvolu kimi mənimsənmişdir.

Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 15601630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər.[5]

Remove ads

Qeydlər

  1. Hansı ki, ateistik satanizmdən fərqli olaraq, fərdlər onunla təmas saxlaya, onu çağıra, hətta ona şükür edə bilir.[2][3]

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads