Xan
titul From Wikipedia, the free encyclopedia
Remove ads
Xan (Türk dili: Han, kaan, kağan, hakan) — Monqol və türk dövlətlərində hökmdarlar tərəfindən istifadə edilən ünvanlardan biri və nisbi olaraq ən köhnələrindəndir.
Remove ads
İstifadəsi
Xan — ilk dəfə jujanlar dövründə istifadə edilən bir tituldur.[1] Xaqandan daha aşağı titul idi. Avropa feodalizmində krala bərabərdir.
Xan sözündən yaranan sözlər:
- Gurxan — Qaraxitaylar dövlətinin idarəçilərinə deyilirdi.
- İlxan — Müəyyən bir elin ya da bölgənin idarəçilərinə deyilirdi.
- Xani-xanan (fars. خان خانان) — Böyük Moğol İmperiyasının sərkərdələrinə deyilirdi.
- Xan Sahib Şri Babi — Bantva Manavadar dövlətinin hökmdarlarına deyilirdi.
- Qan — Koreyadakı qəbilə başçılarına verilən titul idi.
- Xatun — Xanların həyat yoldaşlarına verilən titul idi. Kraliçaya bərabərdir.
- Xanzadə — Xan nəslindən gələnlərə verilən titul.
- Xaqan — Xanların xanı mənasında istifadə olunurdu.
- Xandan (hind. ख़ानदान) — Hind dillərində ailə deməkdir.
- Kanasubiqi - Birinci Bulqar dövlətinin idarəçilərinə verilən titul.
- Kovxan - Birinci Bulqar dövlətinin ikinci ən önəmli şəxslərinə verilən titul.
Remove ads
Mənbə
- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads