Zülfü Hacıyev

From Wikipedia, the free encyclopedia

Zülfü Hacıyev
Remove ads

Zülfü (Zülfi) Saleh oğlu Hacıyev (21 mart 1935, Böyük Məzrə, Basarkeçər rayonu20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikası Baş nazirinin müavini (1989–1991), elmlər namizədi.

Cəld faktlar Baş nazir, Sədr ...
Remove ads

Həyatı

Zülfi Hacıyev 21 mart[1] 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur.[2] Doğma kənddə orta məktəbi medalla,[1] Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir.[3] Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib.[1] Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıtmış, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan "Qırmızı əmək bayrağı" ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsində çalışmışdır.[1]

O, 1976-cı ildən Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1982-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, 1988-ci ilin martından Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışmış, plenum üzvü, ali və yerli sovetə deputat seçilmişdir. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Zülfi Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi.

Onun Ruslan, Raman, Şölə, Mehparə, Lalə adlarında beş uşağı olmuşdur.[1]

Remove ads

Mükafatları

Xatirəsi

Adının əbədiləşdirilməsi

Sumqayıtda on dörd il işlədiyi trest, 17 saylı orta məktəb və bir küçə, Gəncə şəhərində bir küçə, Sabirabad rayon 7 saylı tam orta məktəbi Zülfi Hacıyevin adını daşıyır.

1982-ci ildə istehsal olunan gəmi (IMO № 7912161) Zülfi Hacıyevin adını daşıyır.[4]

Haqqında yazılanlar

2005-ci ildə Fərman Əliyev "Ölümdən güclü" adlı sənədli-publisistik povestini Zülfi Hacıyevin ömür yoluna həsr edib. Müəllif kitabda Z. Hacıyevin canlı portretini yaratmağa çalışaraq, Azərbaycanda dövlətçiliyin inkişafı və quruculuq sahəsində onun fəaliyyəti ilə bağlı oxucularda geniş fikir aşılamağa çalışmışdır.[5]

Həmçinin bax

İstinadlar

Ədəbiyyat

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads