Zoe Saldana
From Wikipedia, the free encyclopedia
Remove ads
Zoe Saldana (ing. Zoe Yadira Zaldana Nazario, 19 iyun 1978) — ABŞ aktrisası.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Remove ads
Həyatı
Zoe Saldana Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında anadan olmuşdur. Anası Puerto-Riko, atası Dominikan Respublikasındandır. Uşaq vaxtı ingilis və ispanca öyrənmişdir. O, 9 yaşında atasını avtomobil qəzasında itirmişdir. Atası vəfat etdikdən sonra, anası hər iki qızı ilə birlikdə Dominikan Respublikasına geri dönmüşdür. Dominikan Respublikasında ən yaxşı rəqs məktəblərinə gedərək, balet dərsləri almışdır. ABŞa geri qayıdaraq liseydə teatr kurslarına yazılır və aktyorluq kursuna gedir. Dərsləri ilə yanaşı 1990-cı ilin ortalarında Burger Kingdə kassir kimi işləyir.
Remove ads
Karyerası
İlk dəfə 1999-cu ildə "Law & Order" serialına çəkilir. 2000-ci ildə "Center Stage" filminə dəvət alan aktrisa, təhsilini dayandırır. 2002-ci ildə Britni Spirsin "Crossroads" filmində və "Drumline" adlı komedia filmində oynamışdır. Daha sonra "Anamaria" adlı bir qulduru canlandırdığı 2003-cü il istehsalı olan Pirates of the Caribbean: The Curse of the Black Pearl filmində rol almışdır.
Film ilə məşhurluğunu daha da artıran aktrisa bir çox televiziya və filmlərdə rol aldıqdan sonra, 2004-cü ildə "The Terminal", 2005-ci ildə isə "Guess Who" filmlərində oynamışdır.
Juan Luis Guerranın "La llave de mi corazón" adlı mahnısının video klipində oynamışdır. "Star Trek" filmində Uhura obrazını canlandırmışdır. 2009-cu ildə Ceyms Kemeronun Avatar filmində "Neytiri" adlı bir Navi şahzadəsini canlandırmışdır.
Whoopi Goldberg və Ancelina Colinin heyranı olduğunu bildirən sənətçi, "Maxim" jurnalı tərəfindən keçirilən "Ən Seksi 100 Qadın" sorğusunda 42-ci pillədə yer almışdır.
Remove ads
Filmoqrafiya
Filmləri

Televiziya
Video oyunlar
Mükafat və namizədliyi
Remove ads
Xarici keçidlər
- Zoe Saltana Arxivləşdirilib 2011-07-05 at the Wayback Machine
- Zoe Saldana — IMDb səhifəsi
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads