Şahin (Marvel Comics)
From Wikipedia, the free encyclopedia
Şahin (ing. Falcon) və ya əsl adı ilə Samuel Tomas "Sem" Uilson (ing. Samuel Thomas "Sam" Wilson) – Marvel Comics nəşriyyatı tərəfindən 1969-cu ildə yaradılmış komiks personajı. Sten Li və Cim Koland tərəfindən yaradılmış və ilk dəfə "Captain America" komiksinin 117-ci sayında peyda olmuşdur. "Şahin" ləqəbindən istifadə edən Sem Uilson mexaniki qanadları ilə sərbəst uçmaq və quşlarla telepatiya qurmaq bacarıqlarına malikdir. Stiv Rocersin yaxın köməkçisi olan Sem Uilson onun superqəhrəmanlıq karyerasını bitirməsindən sonra yeni Kapitan Amerika və Qisasçıların lideri olmuşdur.
Şahin | |
---|---|
ing. Falcon | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | Captain America #117 (sentyabr 1969) |
Yaradıcı(lar) |
Sten Li Cin Koland |
Xüsusiyyətlər | |
Əsl adı | Samuel Tomas "Sem" Uilson |
Cinsiyyəti | kişi[d] |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Qisasçılar SHIELD Müdafiəçilər Qüdrətli Qisasçılar Muzdlu qəhrəmanlar Əsrarəngiz Qisasçılar |
Partnyorları |
Stiv Rocers Qırmızıqanad Nomad |
Ləqəbləri | Qaraqanad, Qaraquş, Kapitan Amerika |
Gücləri |
Möhtəşəm quş təlimçisi Bacarıqlı döyüş ustası və gimnast Mexaniki qanadlarla uçmaq Ev şahini ilə empati qurmaq Quşlar üzərində məhdud nəzarət Quşlar kimi iti baxmaq qabiliyyəti |
Sem Uilsonun dayısı oğlu Cim Uilson Halkın yaxın köməkçisi olmuşdur. Cimin atası Qideon Uilson Qamma korpusuna qoşulmuşdur. Semin Pol və Derleyn Uilson adlı valideynləri və Sara Kasper adlı bacısı var.
Şahin Marvel Kinematoqrafiya Kainatının personajlarından biridir. Entoni Maki personajı "Birinci qisasçı: Başqa müharibə" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qarışqa-adam" (2015), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" filmlərində canlandırmışdır.