Şelkovski

From Wikipedia, the free encyclopedia

Şelkovskimap

Şelkovski (çeç. Мохне[6]) — Çeçenistan Respublikası, Şelkovski rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şelkovski rayonunun və Şelkovski kənd sovetliyinin mərkəzidir[7].

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Şelkovski
Мохне[1]
Thumb
43°30′32″ şm. e. 46°19′57″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1718
Sahəsi 8.67 [3]
Mərkəzin hündürlüyü 19 m[4]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.538 nəf. (2024)[5]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 366400
Digər
shelkovskoe-sp.ru
Thumb
Şelkovski
Şelkovski
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarix

Kəndin adı 1718-ci ildə Terek çayı sahilində erməni taciri Səfər Vasiliev tərəfindən qurulmuş ipək fabrikindən meydana gəlmişdir. Zavodun ətrafında əhalisi gürcüermənilərdən ibarət olan qəsəbə salınır. Onu salan tacirin adını alan qəsəbə Sarafannikov adlanır. Bir müddət sonra isə Şelkovski olaraq adlandırılır[8].

1990-cı illərdə Şelkovski rayonunun digər yaşayış məntəqələrində olduğu kimi, buradada rusdilli əhaliyə qarşı çoxsaylı cinayətlər törədilmişdir.

Çeçen əhali arasında geniş yayılmış cinayət və millətçi düşüncələrin artması ilə əlaqədar Şelkovski və Naurski rayonlarının rus sakinləri dəfələrlə Rusiya Federasiyasının rəhbərliyinə Şelkovski və Naurski rayonlarının Çeçenistan Respublikası tərkibindən çıxarılmasını və Stavropol diyarına birləşdirilməsi tələb edən məktublar göndərmişdilərd[9][10].

Kəndin rus sakinlərinə qarşı birbaşa cinayətləri İkinci Çeçenistan müharibəsi zamanı gedən hərbi əməliyyatların bitməsindən sonra da qeydə alınırdı[11].

2000-ci ildən bəri kənddə davamlı olaraq Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 46-cı Əməliyyat Təyinat Briqadası yerləşdirilmişdir.

2007-ci ilin iyul ayında Çeçenistan Respublikası rəhbərliyi kənddə pravoslav kilsəsi tikmək niyyətini açıqlamışdır[12].

2008-ci ilin dekabr ayında kənd 290 illik yubileyini qeyd etmişdir[13].

22 aprel 2016-cı ildə Mahaçkala yepiskopu Varlaam respublika hakimiyyətinin və Rusiya Milli İstehsalçılar Birliyinin dəstəyi ilə Şelkovski gölün ətrafında inşa edilən Müqəddəs Barbara Kilsəsinin yeni binasının təməli üçün ilk təməl daşını qoymuşdur.

Əhali

Milli tərkib

2002-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[14]:

Əlavə məlumat Xalq, Say, nəf. ...
Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 7 802 81,43 %
ruslar 1 291 13,47 %
qumuqlar 156 1,63 %
avarlar 58 0,61 %
noqaylar 50 0,52 %
tatarlar 36 0,38 %
digərləri 188 1,96 %
ümumi 9 581 100,00 %
Bağla

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[15]:

Əlavə məlumat Xalq, Say, nəf. ...
Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 9 395 84,55 %
ruslar 1 020 9,18 %
qumuqlar 192 1,73 %
avarlar 117 1,05 %
noqaylar 73 0,66 %
tatarlar 61 0,55 %
darginlər 40 0,36 %
ləzgilər 33 0,30 %
digərləri 172 1,55 %
birdirməyənlər 9 0,08 %
ümumi 11 112 100,00 %
Bağla

Şelkovsidə kifayət qədər rus icması yaşadığı üçün kənddə Rus Milli Mədəniyyət Mərkəzi təşkil olunmuşdur[16].

Nəqliyyat

Şelkovskidən Stavropol - Krainovka magistral yolu keçir. Şərqdə Terek üzərində yerləşən körpü Şelkovski rayonunu Dağıstanın Xasavyurt rayonu ilə birləşdirir. Kənndə Şimali-qafqaz dəmir yolunun Şelkovski stansiyası yerləşir.

Qalereya

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.