Əfşar imperiyası
1736—1796-cı illərdə Əfşarlar sülaləsi tərəfindən idarə olunan Böyük Azərbaycan dövləti / From Wikipedia, the free encyclopedia
Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə)[8] (farsca: ایران افشاری) — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi Azərbaycan türk dövlətidir.[9][10] Səfəvi şahı II Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən salaraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o, 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu.[11]
İmperiya | |||||
Əfşar imperiyası | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Məşhəd | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | İslam (Şiəlik) | ||||
Valyuta | Tümən | ||||
İdarəetmə forması | Mütləq monarxiya | ||||
Şahənşah | |||||
• (1736–1747) | I Nadir | ||||
• (1747-1747) | I Adil | ||||
• (1747–1748) | I İbrahim | ||||
• (1748–1796) | I Şahrux | ||||
• (1797-1803) | II Nadir | ||||
Davamiyyət | |||||
Özbəkistan →İran Türkmənistan Tacikistan Qırğızıstan Qazaxıstan Azərbaycan Gürcüstan Əfqanıstan Pakistan Hindistan İraq Küveyt Türkiyə Rusiya Oman B.Ə.Ə Bəhreyn Ermənistan Səudiyyə Ərəbistanı Qətər |
|||||
Vikianbarda əlaqəli mediafayllar |