Avropa İttifaqı
27 Avropa dövlətinin siyasi və iqtisadi ittifaqı / From Wikipedia, the free encyclopedia
Avropa İttifaqı (Aİ)[1] və ya Avropa Birliyi — 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat.
Cəld faktlar Avropa İttifaqı EU, Növü ...
Avropa İttifaqı EU | |
---|---|
European Union | |
Növü | Regional |
Yaranma tarixi | 23 iyul 1952 |
Rəsmi dili |
|
Mərkəzi | Brüssel, Lüksemburq, Strasburq |
Qurucusu | |
Sədr |
Şarl Mişel Ursula von der Leyen |
Üzvləri | |
europa.eu | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub.
Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir.
Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.