Altron
From Wikipedia, the free encyclopedia
Altron (ing. Ultron) – Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə yaradılmış komiks personajı. Roy Tomas və Con Bessema tərəfindən yaradılmış və ilk dəfə "The Avengers" komiksinin 54-cü sayında kameo kimi peyda olmuşdur. Altron Henk Pim tərəfindən yaxşı məqsədlər üçün yaradılmış, lakin daha sonra tərəf dəyişdirmiş süni intellektdir. Qisasçılar komandasının əzəli düşmənidir. Adamantium elementindən özünə bədən hazırlamış ilk Marvel Comics personajıdır.[1]
Altron | |
---|---|
ing. Ultron | |
Yayım tarixi |
"The Avengers" #54 (iyul 1968) (adsız kameo) "The Avengers" #55 (avqust 1968) (ilk adlı görünmə) |
Yaradıcı(lar) | Roy Tomas[d] |
Xüsusiyyətlər | |
Doğum yeri | Nyu-Cersi, ABŞ |
Cinsiyyəti | kişi[d] |
Komiks bioqrafiyası | |
Üzvlükləri | Bədxahlıq ustaları, Ölümsaçan legion, Yinsen oğulları, Dəmir legion, Falanks, Dəmir Qisasçılar |
Düşmənləri | Henk Pim, Qisasçılar, Vijn, Dəmir adam |
Ləqəbləri | Qırmızı mantiya, Altron-5, Altron-6, Altron-7, Altron-8, Altron-9, Altron-10, Altron-11, Altron-12, Altron-13, Altron-14, Altron-15, Altron-16, Altron-17, Altron-18, Mükəmməl Altron, Altron Pim, Üstün Altron, Henk Pim |
Gücləri | dahilik səviyyəsində süni intellekt, qeyri-insani güc, sürət, dözümlülük, uçmaq, enerji topları |
Altron 2015-ci il istehsalı "Qisasçılar: Altron dövrü" filmində Ceyms Speyder tərəfindən canlandırılmışdır.
Altron bir çox Qisasçılar animasiyasında və videooyununda peyda olmuşdur. IGN Altronu "Bütün dövrlərindən ən böyük komiks supercinayətkarları" siyahısında 23-cü yerdə göstərmişdir. "Wizard" jurnalı isə onu "Ən böyük 200 supercinayətkar" siyahısında 189-cu yerdə göstərmişdir.