Türk lirəsi
From Wikipedia, the free encyclopedia
Türk lirəsi — Türkiyədə və Şimali Kiprdə istifadə olunan pul vahidi. Türk lirasının alt vahidi kuruşdur. Türkiyədə kağız pul çap etmə səlahiyyəti Türkiyə Respublika Mərkəzi Bankına aiddir.[1]
Bu məqalə Türk lirəsi haqqındadır. Lirə üçün Lirə səhifəsinə baxın. |
Türk lirəsi | ||||
---|---|---|---|---|
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | TRY | |||
Simvol | ₺ | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | ||||
Əvəzedici və paralel vahidlər | ||||
Kiçik | Kuruş (1⁄1/100) | |||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Sikkələr | 5 kr, 10 kr, 25 kr, 50 kr, 1 | |||
Əsginas | 5 , 10, 20, 50, 100 200 | |||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 29 oktyabr 1923 | |||
Sikkə və əskinasların buraxılması və istehsalı | ||||
Mərkəzi bank | Türkiyə Respublikası Mərkəzi Bankı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Puldakı 0 (sıfır) sayını azaltmaq məqsədilə 31 yanvar 2005-ci ildə müvəqqəti olaraq tədavüldən qaldırılmış və yerinə Yeni Türk Lirəsi istifadə edilməyə başlanmışdır. YTL-dən TL-yə keçidin tamamlanması səbəbiylə 1 yanvar 2009 tarixində yenidən tədavülə girmişdir. Lakin 2009-cu ildə tədavülə girən pullardan YTL-də olduğu kimi 6 sıfır yoxdur. YTL-nin alt vahidi Yeni Kuruş-dur.
Bu günə qədər Türk lirəsının ön tərəfində yalnız Mustafa Kamal Atatürk və İsmət İnönü-nün şəkilləri var. İsmət İnönünün şəkli yalnız prezidentlik etdiyi dövrdə (1938–1950) Türk lirasının ön tərəfində yer almışdır. Bunun səbəbi isə Osmanlı dövründən bəri bir ənənə halını almış və Osmanlıdan başqa bir çox dövlət tərəfindən də istifadə olunan bir ənənə olan pulun ön tərəfinə o zaman ki dövlət başçısının şəklini qoymaqdır. Bu ənənə 30 dekabr 1925-ci ildə qəbul edilən 701 saylı "Mevcut Evrak-ı Nakdiyenin yenileriyle İstibdaline Dair Qanun" -la rəsmiləşmişdir. Buna görə prezident olduğu müddət içində İsmət İnönünün şəkli pulun ön tərəfində istifadə edilmişdir. Lakin bu qanun 1952-ci ildə Adnan Menderesin başçılıq etdiyi hökumət tərəfindən dəyişdirilmiş və Türk Lirəsinin üstündə o zamanki dövlət başçısının deyil yalnız Mustafa Kamal Atatürk-ün şəklinin olması qərarı alınmışdır. Buna görə Türk Lirəsinin üstündə şəkilləri istifadə olunan tək dövlət böyükləri Mustafa Kamal Atatürk və İsmət İnönü olmuşdur.[2][3] Ayrıca Yunus Əmrə, II Mehmed, Mehmet Akif Ərsoy və Cahit Arf kimi Türk böyüklərinin portretləri isə Türk lirəsının bəzi emissiyalarının arxa tərəfində təsvir olunmuşdur.