A

latın əlifbasının ilk hərfi From Wikipedia, the free encyclopedia

A
Remove ads

A yaxud açağdaş Azərbaycan əlifbası kimi Yer üzündəki bir çox dildə işlədilən latın əlifbasının ilk hərfi.[1][2] Azərbaycan dilində hərfə a adı verilib (oxunuşu: /ɑ/). Formaca törədiyi əski yunan əlifbasının alfa hərfi və habelə bu əlifbadan törəyən kiril əlifbasının A hərfi ilə oxşayır.[3] Hərfin böyük versiyasının görünüşü ortasından üfüqi xətt keçən bir nöqtədən çəkilmiş iki əyri xətt kimidir. Kiçik a hərfi isə iki cür yazılır: ikiqatlı a və birqatlı ɑ. Birinci görünüş, əsasən, çap yazısında, ikincisi isə, əsasən, əl yazısında və əl yazısı əsaslı şriftlərdə istifadə olunmaqdadır.

Cəld faktlar İstifadəsi, Yazı sistemi ...
Remove ads

Oxşar simvollar və simvolun digər variantları

  • Α α : yunan hərfi olan Alfa
  • А а : kirill əlifbasının A hərfi
  • Ɑ ɑ : latın hərfi olan Alfa və yaxudda əlyazma hərfi A (yada ki: A a)
  • ɐ : kiçik A hərfinin çevrilmiş forması , hansı ki, Beynəlxalq fonetika əlifbasında açığ mərkəzi sait kimi istifadə olunur
  •  : çevrilmiş A, "Birinci qaydanın məntiqində" (ing. First-order logic) ümumiliy kvantorunu təsvir etmək üçündü.
  • ª : Sıra indikatoru
  • Æ æ : Æ latın liqaturası (hərf birləşməsi)
Remove ads

Tarixi

Hərfin yazılması misir heroqlif yazısının öküz başını xatırladan simvolla əlaqələndirilər. İddia edilir ki, eramzidan əvvəl 1600-cü ildə Finikiya əlifbasında A hərfin xətti yazılışı forması yarandı.

Əlavə məlumat Misir heroqlifi öküz başı, Əski-Sami (Proto-Semitic) öküz başı ...

Qədim yunanlar finikiya əlifbasını mənimsəyərək, bu hərfin ifa edə biləcək səs olmadığı üçün, ilk dəfə A hərfini "/а/" səsini göstərmək üçün istifadə etdilər. Hərfin adını "alfa" qoydular. Eramızdan əvvəl VIII əsrə aid edilən erkən yunan yazılarında A hərfi yanı üstə uzanıb, lakin daha sonrakı dövrlərdə "A" müasir baş hərfi formasını xatırlatmağa başladı. Bununla belə bu zamandada "A" hərfin bir neçə dialekt variantlarının yazılışıda var idi, Məsələn, hərfin ayaqlarından biri qısaldılırdı yada ki üfüqi çubuğu bucaq altında çəkilirdi.

Etrusklar Yunan əlifbasını mənimsiyərək, A hərfinə dəyişiklik etmədilər. Beləcə o, dünya dillərinin böyük əksəriyyətinin istifadə etdiyi Latın əlifbasına keçdi, sonra isə kiril əlifbasınada əlavə olundu.

Remove ads

Mətbəə şriftləri

Müasir kiçik "a" yunanların əlyazma "A"-sına oxşamır. Müasir böyük "A" hərfin modifikasiyası IV əsrə qədər formalaşdı.

Thumb
A-nın qotik formatda yazılışı
Thumb
A-nın untsial formatda yazılışı
Qotik yazılışnda A-nın başqa variantı
Qotik yazılışnda A-nın başqa variantı
Thumb
"A" müasir "Roman" tipoqrafiya komplektində
Thumb
"A" müasir "İtalic" tipoqrafiya komplektində
Thumb
"A" müasir "Script" tipoqrafiya komplektində

Kompüter kodları

"Unicode" da böyük A — U+0041, kiçik a isə +0061 ilə göstərilir.

"ASCII"-də böyük A — 65, kiçik a isə 97 ilə göstərilir, ikili say sistemində isə müvafiq olaraq — 01000001 və 01100001.

"EBCDİC"-də böyük A — 193, kiçik a isə 129 ilə göstərilir.

HTMLXML-da böyük A — "A", kiçik a isə "a" vasitəsilə göstərilir

İstifadəsi

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads