Airbus A320

Aircraft by Airbus From Wikipedia, the free encyclopedia

Airbus A320
Remove ads

Airbus A320 — “Airbus S.A.S” şirkəti tərəfindən istehsal olunan dar füzelyajlı təyyarələr ailəsi. 1988-ci ildə buraxıldığı zaman müəyyən məsafədən elektrik idarəetmə sistemi quraşdırılmışdır (EİS, ing. fly-by-wire) və dünyada bu sistemi istifadə edən ilk kütləvi sərnişin təyyarəsi oldu. Airbus A320 ailəsinə əsas rəqib olan Boeing 737 ailəsidir.

Cəld faktlar Tipi, Hazırlayan ...
Remove ads

İstehsal dövrü

2008-ci ilin fevral ayına qədər Airbus A320 yalnız Tuluzada yığılırdı. Lakin, 2008-ci ilin mart ayından, yüksək tələbat səbəbindən, həmçinin Hamburg-Finkenverder zavodunda da yığılmağa başlandı[3]. Komponentlər Airbus şirkətinin müxtəlif zavodlarından Hamburqa (A318, A319, A321) və Tuluzaya (A320) yekun montaj (yığılma) üçün daşınır. Demək olar ki, bütün daşımalar Beluga A300-600ST-də aparılır.

Airbus S.A.S. üçün ən böyük problem ABŞ dollarının aşağı kursu olmasıdır: istehsalın çox hissəsi avrozonada yerləşməsinə baxmayaraq, bütün ödənişlər ABŞ dolları ilə aparılır.

2014-cü ildən Airbus şirkəti Airbus A320neo yeni nəsil təyyarələrin buraxılmasına başlayıb.

Remove ads

Ekspluatasiya dövrü

Rəsmi olaraq A320 təyyarə proqramı 1984-cü ilin mart ayından başlamışdır. A320 (CFM56-5A1 mühərrikləri ilə) prototip təyyarəsinin ilk uçuşu 22 fevral 1987-ci ildə baş tutub. 1988-ci ilin fevral ayının sonunda təyyarə Avropada, dekabrda isə ABŞ-də sertifikatlaşdırıldı. 1988-ci ilin mart ayında Air France ilk təyyarəsini aldı. Dünyada ilk təyyarədir ki, müəyyən məsafədən elektrik idarəetmə sistemi quraşdırılmışdır. İlkin hazırlıq üçün iki modifikasiya yaradılmışdır: müvafiq olaraq 130 və 150 sərnişin tutumu olan А320-100 və А320-200. A320 modelin əsasında boyu uzadılmış 170 yerlik A321 (1994) və qısaldılmış 116 yerlik A318 (1996) və 99 yerlik A319 (2003) modelləri yaradılmışdır[4].

Remove ads

Analoq təyyarələr

Airbus A320 ailəsi üçün əsas rəqib Bombardier CS 300Boeing 737NG ailə təyyarələridir. Boeing 757, bir qədər daha geniş və bir qədər böyük sərnişin tutumu olan A321 ilə rəqabət aparır, lakin təyyarənin istehsalı 2005-ci ildə dayandırıldı. A318 və A319 modelləri üçün rəqabətdə istehsalı dayandırılmış, köhnəlmiş modifikasiyalı Boeing 717 modeli ola bilər.

Uçuş-texniki göstəriciləri

Əlavə məlumat Növü, A318-100 ...
Remove ads

Qalereya

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads