Ekipaj (film, 2012)

From Wikipedia, the free encyclopedia

Remove ads

Ekipaj (ing. Flight — «Uçuş» və ya «Reys») və ya Uçuş[8] — 2012-ci il istehsalı ABŞ dram filmi. Filmin rejissoru Robert Zemekisdir.[9] Filmdə baş rolda Denzel Vaşinqton çəkilib. Vaşinqton filmdə peşəkar pilot rolunu canlandırmışdır.

Cəld faktlar Janr, Əsas mövzu ...

Filmin ABŞ-də premyerası 2 noyabr 2012-ci ildə, Rusiyada isə 15 noyabr 2012-ci ildə baş tutmuşdur.[10].

Remove ads

Süjet xətti

Uip Vayteker təcrübəli sərnişin təyyarəsi pilotudur. Bütün həyatını mülki aviasiyaya həsr edib. Ancaq çoxları onun şəxsi həyatından xəbərsizdir. Mütəmadi olaraq sərnişinləri daşıyan pilotun spirtli içki və narkotik vasitələrin alüdəçisi olduğu çoxlarının ağlına gələ bilməzdi. Uip tədricən həyatı və karyerasının uçuruma doğru yuvarlandığını özü də hiss edir. Belə günlərinin birində göyərtəsində 102 sərnişinin olduğu avialaynerlə növbəti reysi həyata keçirir. Uçuş zamanı təyyarədə ciddi nasazlığın yarandığı ilə bağlı sistemə xəbərdarlıq daxil olur. Vayteker uzun illərin təcrübəsindən qaynaqlanan yüksək səriştə və soyuqqanlılığı sayəsində nasazlığın öhdəsindən gəlir və çətinliklə də olsa təyyarəni yerə endirərək sərnişinlərin çoxunun həyatını xilas edir. İnsidentdən sonra Uip qəhrəman kimi qələmə verilsə də, aviaqəzanın araşdırılması zamanı şəxsi həyatının bir çox qaranlıq məqamları üzə çıxır. İndi onun qəhrəman olub olmadığı ilə bağlı son sözü məhkəmə deyəcək.[8]

Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads