Qaraqalpaq dili
From Wikipedia, the free encyclopedia
Remove ads
Qaraqalpaq dili (Қарақалпақ тили, Qaraqalpaq tili) — qaraqalpaqların danışdıqları dil. Qaraqalpaqstan Muxtar Respublikasının rəsmi dilidir.
Qaraqalpaq dili türk dillərinin qıpçaq yarımqrupuna daxildir (tatar dili, başqırd dili, qaraçay-balkar dili, qumuq dili, karaim dili, krımtatar dili, qazax dili, həştərxan-noqay dili, noqay dili). Noqay, qazax və qaraçay dilləri ilə birgə qıpçaq-noqay qoluna aid edilir. Leksik baxımdan daha çox qazax dilinə yaxın olsa da, ondan orfoqrafik baxımdan fərqlənir.
Qaraqalpaq dilində təxminən 400 min nəfər danışır. Onlar əsasən Özbəkistanda yaşayırlar. Təxminən 2 min nəfər bu dildə danışan əhali Əfqanıstanda, daha az sayda isə Rusiyada, Qazaxıstanda, Türkiyədə yaşayır.
Qaraqalpaq dilində Nukusda "Erkin Qaraqalpaqstan" qəzeti nəşr olunur. Dili əsas tənzimləyən qurum - Najim Davkarayev adına Dil və Ədəbiyyat İnstitutudur.
Remove ads
Dialektlər
Adətən iki dialekt fərqləndirilir: şimal-şərqi və cənub-şərqi. Üçüncü bir dialektin (Fərqanə vadisində danışılan) mövcudluğu haqqında da ehtimallar var.
Fonetika
Saitlər

Qaraqalpaq dilində saitlərin harmoniyası qanunu digər türk dillərindən daha aydın özünü büruzə verir.
Digər dillərdən alınma sözlərdə sinharmonizm həmişə müşahidə olunmur.
Samitlər
Qaraqalpaq dilində 25 samit fonem var. Onlardan 4-nə (mötərizəyə alınanlar) yalnız alınma sözlərdə rast gəlinir.
Remove ads
Yazı
1924-1928-ci illərdə qaraqalpaq dilinin yazısı ərəb əlifbası idi. 1928-1940-cı illərdə latın əlifbasından, sonra isə kiril əlifbasından istifadə olunmuşdur. 1991-ci ildə Özbəkistan öz müstəqilliyini elan edəndən sonra latın əlifbasına qayıdışla bağlı qərar qəbul edilmişdir və hazırda Qaraqalpaqıstanda tədrican latın əlifbasına keçid həyata keçirilir.
Müasir qaraqalpaq latın əlifbası:
А а | Á á | B b | Ch ch | D d | Е е | F f | G g |
Ǵ ǵ | H h | Í ı | I i | J j | K k | L l | М m |
N n | Ń ń | О о | Ó ó | P p | Q q | R r | S s |
Sh sh | Т t | U u | Ú ú | V v | Y y | X x | Z z |
Müasir qaraqalpaq kiril əlifbası:
А а | Ә ә | Б б | В в | Г г | Ғ ғ | Д д |
Е е | Ё ё | Ж ж | З з | И и | Й й | К к |
Қ қ | Л л | М м | Н н | Ң ң | О о | Ө ө |
П п | Р р | С с | Т т | У у | Ү ү | Ў ў |
Ф ф | Х х | Ҳ ҳ | Ц ц | Ч ч | Ш ш | Щ щ |
ъ | Ы ы | ь | Э э | Ю ю | Я я |
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads